Dünya
Rusiya qorxunc silahını İndoneziyada təqdim etdi
Rusiyanın iri “müdafiə” konserni “Almaz-Antey” bu gün İndoneziyanın paytaxtında INDO Defence-2014 beynəlxalq silah sərgisində “Buk-М2E” zenit raket kompleksinin prezentasiyasını təşkil edib.
Axar.az bildirir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.
“Biz alıcılarımıza bu sistemdən əlavə bir sıra servisləri, o cümlədən personalın hazırlığını da təklif edirik. Lazım gələrsə, treninq alıcı ölkənin ərazisində də keçirilə bilər. İndoneziya üçün “Buk” ona görə faydalı ola bilər ki, o, dəniz hədəflərinə də zərbələr endirməyə qabildir”, - deyə “Almaz-Antey”in nümayəndəsi bildirib.
“Buk-М2” (NATO-nun təsnifatına görə, Grizzly) – ZRK qoşun və obyektlərin təyyarə, vertolyot və qanadlı raketlərin zərbələrindən qorumaq üçün nəzərdə tutulub.
Qeyd edək ki, INDO Defence-2014 Expo & Forum Beynəlxalq silah və hərbi texnika sərgisi bu gün Cakartada açılıb və 8 noyabradək davam edəcək. Sərgidə Rusiyanı 14 şirkət təmsil edir.
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO