Qırğızıstan prezidentindən radikal islamla mübarizə mesajı
Bizi izləyin

Dünya

Qırğızıstan prezidentindən radikal islamla mübarizə mesajı

Qırğızıstan prezidenti Almazbek Atambayev ölkədə dini radikallığın baş qaldırdığını bildirib. Prezident dünyəvilik prinsiplərini əsas gətirərək dini radikalizm ilə mübarizə aparılacağını deyib.

Publika.az-ın məlumatına görə, Dövlət Müdafiə Şurasının iclasında çıxış edən Atambayev “söhbət milli təhlükəsizliyimizdən gedirsə, dövlətin dini mövzularda ciddi işlər görməsi şərtdir. 2014-2020-ci illər arası dini məsələlərdə nə işlər görəcəyimizi indidən müəyyənləşdirməliyik” deyib.

Qırğızıstan prezidenti son vaxtlar bütün dünyada dini məsələlərin sürətlə dəyişikliyə məruz qaldığını bildirib: “Orta Asiyada son hadisələr, İŞİD-in insanlığa sığmayan cinayətləri bizim dövlət və din əlaqələrimizi yenidən yoxlamağımıza səbəb oldu”.

Atambayev dövlətin dünyəvilik prinsiplərinə sadiq qalacağını deyib.

Qırğız lider nitqini bu sözlərlə bitirib: “Radikal islamın həqiqi islamla heç bir əlaqəsi yoxdur. Bəzilər Yeni İli qeyd etməyin haram olduğunu, sadəcə Ramazan və Qurban bayramı yetərli olduğunu bildirilər. Halbuki bizim başqa bayramlarımız da var: Müstəqillik günü, Novruz, Qələbə bayramı. Bunları qeyd eləmək bəzilərinə görə “kafir olmaq” deməkdir”.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm