Ukrayna Donbas hövzəsinin maliyyəsini kəsdi
Bizi izləyin

Dünya

Ukrayna Donbas hövzəsinin maliyyəsini kəsdi

Ukrayna Rusiyameyilli separatçıların nəzarətində olan bölgələrə hökumət tərəfindən maliyyə ayrılmasını dayandıracağını bəyan edib.

Publika.az-ın məlumatına görə, baş nazir Arseni Yatsenyuk deyib ki, Donetsk və Luqansk əraziləri “terroçular”ın nəzarətində qaldığı müddətdə bu bölgələrə maliyyə ayrılmayacaq.

Bununla belə nazir hökumətin bu bölgələrə qaz və elektrik verməyi davam etdirəcəyini bildirib.

Separatçı regionlarda Kiyevdən müstəqilliklərinin təsdiqi məqsədilə bazar günü seçkilərin keçirilib.

ABŞ, BMT və beynəlxalq ictimaiyyətin qeyri-legitim hesab etdiyi seçkiləri indiyə qədər yalnız Rusiya tanıyıb.

Çərşənbə axşamı Ukrayna prezidenti Petro Poroşenko Rusiya tərəfdarı separatçıların yeni mümkün hücumlarının qarşısının alınması məqsədilə ölkənin cənub və şərq regionlarındakı şəhərlərdə əlavə əsgəri qüvvənin yerləşdiriləcəyini bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm