• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ərdoğanın sarayı 615 milyon dollara başa gəlib

  • Dünya
  • 5 Noyabr 2014 21:37
  • 1 619 Baxış
Ərdoğanın sarayı 615 milyon dollara başa gəlib

Türkiyədə yeni tikilmiş və 1000 otağı olan təzə prezident sarayının xərcləri 615 milyon dollara çataraq ilkin smeta dəyərini ikiqat üstələyib.

Publika.az-ın məlumatına görə, Prezident Recep Tayyip Erdoğana xidmət göstərən idarələrin yerləşdiyi Ağ Saray paytaxt Ankaranın kənarında, meşəli təpəlikdə yerləşir. Saray kompleksinin ümumi sahəsi 150,000 kvadrat metrə yaxındır.

Recep Tayyip Erdoğan prezident seçildikdən sonra avqustun 30-da keçirilmiş sarayın rəsmi açılış mərasimində iştirak edib.

Ankaradakı prezident sarayı sahəsinə görə Vaşinqtondakı Ağ Evi, Moskvadakı Kremli, Parisdəki Versal sarayını üstələyir.

Türkiyənin Hurriyət qəzetinin yazdığına görə, Maliyyə naziri Mehmet Şimşək sarayın tikintisinin 1.37 milyard türk lirəsinə (615milyon dolar) başa gəldiyini bildirirb. Onun sözlərinə görə, bu xərçin böyük hissəsi artıq ödənilib, qalan 135 milyon dollar isə 2015-ci ilin büdcə xərclərində nəzərdə tutulacaq.

Maliyyə naziri "Airbus A330-200" markalı prezident təyyarəsinə daha 185 milyon dollar xərclənəcəyini qeyd edib.

Sarayın tikintisində mərmər kimi bahalı tikinti materiallarından geninə-boluna istifadə olunub. Bundan əlavə kommunikasiya xətləri quraşdırılarkən elektron kəşfiyyat müdaxilələrindən qorunmaq üçün ən müasir və bahalı yüksək texnologiyalardan istifadə olunub.

Ətraf mühit müdafiəçiləri Rəcəb Tayyib Ərdoğanı bədxərclikdə və yaşıllığa ziyan vurmaqda ittiham edir. Hurriyet qəzeti saray layihəsinin ziddiyyətli olduğunu qeyd edərək tikintinin gedişində ərazidə yüzlərlə ağacın kəsildiyinə diqqəti çəkib.

Prezidentin köməkçisi Fəhri Kasırğanın sözlərinə görə, qalan prezident obyektlərinin 2015-ci ildə təzələnəcəyi nəzərdə tutulub.

İndiyədək Türkiyə prezidentləri üçün iqamətgah olmuş Ankaranın Cankaya Sarayında isə bundan sonra Baş nazirin aparatı yerləşəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR