Donetskdə məktəb raketlə vuruldu, ölənlər var
Bizi izləyin

Dünya

Donetskdə məktəb raketlə vuruldu, ölənlər var

Donetskdə bu gün günorta saatlarında 63 saylı məktəb artilleriya atəşinə məruz qalıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, raket məktəbin yaxınlığındakı stadiona düşüb. Həmin vaxt şagirdlər stadionda olub. Şahidlərin sözlərinə görə, hadisə zamanı uşaqlar futbol oynayırdılar. Raket zərbəsi nəticəsində iki uşaq həlak olub. Onlardan biri səkkizinci sinif şagirdi, digəri isə 18 yaşlı yeniyetmədir. Dörd uşaq isə yaralanıb. Yaralananlardan birinin vəziyyətinin daha ağır olduğu bildirilir.

Artilleriya atəşinin hansı tərəfdən açıldığı barədə məlumat verilmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm