“Forbes” dünyanın ən nüfuzlu liderlərinin adını açıqladı
Bizi izləyin

Dünya

“Forbes” dünyanın ən nüfuzlu liderlərinin adını açıqladı

Amerika jurnalı “Forbes” Rusiya prezidenti Vladimir Putini dünyanın ən nüfuzlu insanı seçib.

Publika.az-ın verdiyi xəbərə görə, siyahı nəşrin saytında yerləşdirilib.

Putini ABŞ prezidenti Barak Obama izləyir. Siyahıda üçüncü yerdə Çin Xalq Respublikasının sədri Si Szinpindir. Sonrakı yerlərdə Roma Papası Fransısk, Almaniya kansleri Angela Merkel, ABŞ Federal Rezerv Sisteminin başçısı Canet Yellen, “Microsoft” şirkətinin banisi Bil Qeyts qərarlaşıb.

Putindən başqa siyahıya daxil ola bilərn digər rusiyalılar “Rosneft" şirkətinin rəhbəri İqor Seçin (42-ci yer), ”Qazprom”un başçısı Aleksey Miller (47-ci yer) və sahibkar Alişer Osmanovdur (61-ci yer).

Qeyd edək ki, Putin keçən il də Amerika nəşri tərəfindən dünyanın ən nüfuzlu insanı seçilib. Putin 2012, 2011 və 2009-cu illərdə isə “Forbes”in versiyasına görə ən nüfuzlu insanların üçlüyünə daxil olub. ünə daxil olurdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm