İŞİD ABŞ-ın həbsxanasında yaradılıb
Bizi izləyin

Dünya

İŞİD ABŞ-ın həbsxanasında yaradılıb

Dünyanın başına bəla olan İŞİD terror təşkilatının yaradıldığı yer mediaya sızıb.

Axar.az xəbər verir ki, “Vaşinqton Post” qəzeti İŞİD-in qurulduğu yerin ABŞ-ın Küveytdə yaratdığı Bucca həbsxanası olduğunu iddia edib.

Qəzet İraq müharibəsi zamanı həbs olunan 9 nəfərin azadlığa çıxdıqdan sonra yüksək rütbəli İŞİD komandirləri olduğunu yazıb.

Həbsxanada 100 min adamın saxlanıldığı və cəzaçəkmə müəsisəsinin açıldıqdan qısa müddət sonra bağlanıldığı bildirilir. Həbsxana bağlandıqdan sonra məhkumlar azadlığa buraxılıblar.

İŞİD lideri Əbu Bəkir Bağdadinin də 5 il Bucca həbsxanasında qalıb.

Əbu Bəkir Bağdadinin İŞİD komandirləri Əbu Müslim Türkmən, öldürülən hərbi komandir Hacı Bəkir və xarici döyüşçülərin lideri Əbu Noyabr ilə Bucca həbsxanasında tanış olduğu iddia edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm