Xəbərdarlıq: “Kafelərə gedən qadınlar həbs olunacaq” - VİDEO
Bizi izləyin

Dünya

Xəbərdarlıq: “Kafelərə gedən qadınlar həbs olunacaq” - VİDEO

Luqansk vilayətinin separatçıların nəzarətində olan kafe və ya gecə klublarına gedən qadınlar həbs olunacaq.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə “Novorassiya Xalq Məhkəməsi”nin briqada komandiri Aleksey Mozqov bildirib.

“Əgər mən sabah kafedə və ya gecə klubunda hansısa xanımı görsəm, o həbs olunacaq”, - deyə briqada komandiri vurğulayıb.

Onun sözlərinə görə, Ukraynanın Luqansk vilayətinin bütün gecə klubları qadınlarla aşıb-daşır: “Dürüst və öz ərinə sadiq qalmaq istəyirsənsə, evdə otur və xaçla-naxış tik. Mən bir daha təkrar edirəm: patrula xüsusi əmr veriləcək ki, kafe və gecə klublarında olan bütün qadınları həbs edilsin”.

Çıxış etdiyi zalda uğultuya cavab verən A.Mosqov onlara “öz mənəviyyatını xatırlamağı" məsləhət görüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm