ABŞ-a 80 milyard dollar zərər vuran rusiyalını ömürlük həbs gözləyir
Bizi izləyin

Dünya

ABŞ-a 80 milyard dollar zərər vuran rusiyalını ömürlük həbs gözləyir

Məlumatların oğurluğunda ittiham edilən rusiyalı Vladimir Drinkmanu ABŞ-da ömürlük həbs gözləyir.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə onun vəkli Arkadi Gurp bildirib.

“Yaxın iki ay ərzində o, məhkəmə qarşısında duracaq. Ehtimal ki, onu ömürlük həbs gözləyir”, - deyə Arkadinin vəkili deyib.

Onun sözlərinə görə, rusiyalı hakerin ABŞ-a zərər 80 milyard dollar qiymətləndirilir.

Qeyd edək ki, ABŞ-ın şimal-şərqində keçən ilin iyununda keçmiş SSRİ respublikalarından bir neçə miqrant həbs edilib. Onlar “Citigroup” və “JP Morgan Chase”də yerləşdirilən hesablara qanunsuz girişə cəhdlərində ittihamlar edilir. Şübhəli şəxslər təxminən 15 milyon dollar oğurlamağa çalışırdılar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm