Kürdlər Kobaniyə qayıdır - FOTO, VİDEO
Bizi izləyin

Dünya

Kürdlər Kobaniyə qayıdır - FOTO, VİDEO

Peşmərgənin gəlişi ilə Kobanidə İŞİD-in mövqeləri zəyiflədikcə, şəhəri tərk etmiş mülki vətəndaşlar evlərinə qayıtmağa başlayıb.

Publika.az-ın məlumatına görə, şəhər sakinlərindən Roşan İso adlı biri BBC-yə verdiyi açıqlamasında İŞİD-in geri çəkilməsindən sonra 2000-dən çox sakinin evinə döndüyünü deyib. Onun sözlərinə görə, hazırda şəhərdə 3000 mülki vətəndaş yaşayır. İso deyib ki, qayıdanların əksəriyyəti qadınlardı. Onlar yaralılara baxır, döyüşçülərin paltarlarını yuyurlar. Bundan başqa İso, Kobanidə 3000 qadının İŞİD-ə qarşı döyüşdüyünü söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm