Şimali Koreya prezidenti çəliksiz görüntüləndi - FOTO
Bizi izləyin

Dünya

Şimali Koreya prezidenti çəliksiz görüntüləndi - FOTO

Şimali Koreya mediasında ölkə prezidenti Kim Jong-unun çəliksiz gəzdiyini göstərən fotolar dərc olunub.

Publika.az xəbər verir ki, fotoşəkillər ölkə liderinin ordunun rəhbər heyətilə görüşündən çəkilib.

Şimali Koreyanın rəsmi Rodong Sinmun qəzetində bugün dərc edilmiş son fotolar prezident Kimin hərbi zabitlərlə görüşə çəliksiz gəldiyini göstərib.

Bundan əvvəl Kim Jong-unun səhhətilə bağlı müxtəlif şaiyələr dolaşırdı.Ötən ay mətbuatda onun çəliklə gəzdiyini əks etdirən fotolar dərc olunmuşdu. Həmin vaxtadək isə təxminən 6 ay müddətində prezident Kim Jong-un ümumiyyətlə ictimaiyyət qarşısında görünməmişdi.

Qeyd edək ki, son illər Şimali Koreya liderinin səhhəti barədə müxtəlif şaiyələr dolaşır. Bəzil müşahidəçilər onun bud sümüyündə problemdən əziyyət çəkdiyini və podaqra xəstəliyinə tutulduğunu bildirirlər.

Kim Jong-un ötən ay Şimali Koreyada mühüm hadisə sayılan hakim partiyanın yubiley iclasında iştirak etməməsi bu şübhələri daya da artırmışdı.

Cənubi Koreya kəşfiyyatı isə may ayında onun sol topuğunda şiş əmələ gəldiyini bildirmişdi. Cənubi Koreya mənbələrinin iddiasına görə, sentyabr və ya oktyabr ayında Avropadan Pxenyana dəvət olunmuş həkimlər prezident Kimin sol topuğunda əməliyyat keçirərək güman edilən şişi kəsib çıxarıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm