Sovet zabiti ABŞ-da mühakimə olunur
Bizi izləyin

Dünya

Sovet zabiti ABŞ-da mühakimə olunur

Əfqanıstanda Taliban sıralarında vuruşduğu iddia edilən sabiq sovet zabiti terrorçuluq ittihamı ilə ABŞ məhkəməsi qarşısına çıxarılıb.

Publika.az xəbər verir ki, 55 yaşlı İrek İlgiz Hamidullina ABŞ vətəndaşını qətlə yetirmək də daxil olmaqla 12 ittiham irəli sürülüb. Hamidullin 2009-cu ildə Əfqan sərhəd polisi və ABŞ qüvvələrinə hücumdan sonra ələ keçirilib. O, Amerikaya göndərilməzdən öncə 5 il ərzində Baqram şəhərindəki ABŞ hava bazasında saxlanılıb.

İrek Hamidullin Əfqanıstandan Amerikaya aparılan ilk hərbi məhbusdur. Çərşənbə günü əli qandallanmış Hamidullin federal agentlərin müşayiətilə Virciniya ştatındakı Riçmond şəhərinin məhkəməsi qarşısına çıxarılıb.

19 səhifəlik ittihamnaməyə görə, Hamidullin 1970-1980-ci illərdə Sovet Ordusunun zabiti kimi Əfqanıstanda xidmət edib. Daha sonra bu ölkədə qalan Hamidullinin Taliban sıralarına qatıldığı bildirilir. 2009-cu ildə onun komandanlığı ilə üsyançıların 3 qrupu Əfqanıstanın sərhəd polisi və ABŞ qüvvələrinə hücum edib. İddialara əsasən o, havadan müdafiə silahları daşıyan üsyançıların ABŞ helikopterlərinə atəşini yonləndirib. Eynilə Hamidullinin Amerika əsgərlərinə atəş açdığı bildirilir.

Hamidullin Əfqanıstanda ABŞ tərəfindən saxlanılan 13 əcnəbidən biridir. Vaşinqton dekabrın sonunadək onların hamısının Amerikaya gətirilməsini planlaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm