• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

ABŞ Putinin dostu barəsində araşdırmalara başladı

  • Dünya
  • 6 Noyabr 2014 09:15
  • 428 Baxış
ABŞ Putinin dostu barəsində araşdırmalara başladı

ABŞ Ədliyyə Nazirliyi ilə Nyu-York şərq dairəsinin prokurorluğu gəlirlərin yuyulması haqqında işin araşdırılmasına başlayıb.

Publika.az-ın “The Wall Street Journal” nəşrinə istinadən verdiyi məlumata görə, Rusiya biznesmeni Genadi Timçenko da gəlirlərin yuyulmasında ittiham olunur.

İstintaq hesab edir ki, Timçenkonun sahibi olduğu İsveçrənin “Gunvor” neft treyderi şübhəli qiymətlərlə "Rosneft" Açıq Səhmdar Cəmiyyətindən neft alaraq üçüncü şəxslər vasitəsilə gəlirləri yuyub. Prokurorluq sazişlərlə bağlı informasiyanın alınması üçün artıq “Gunvor”a sorğu göndərib. İstintaqın məlumatına görə, cinayət hadisəsi ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının tətbiqindən əvvəl baş verib.

Rusiya biznesmeni və “Rosneft”in nümayəndələri bu informasiyanı şərh etməyiblər. “Gunvor” şirkətindən isə bildiriblər ki, başlanılan araşdırma haqqında heç nə bilmirlər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Puskov isə Vladimir Putinlə Timçenkonun maliyyə əlaqələri haqqında iddiaları absurd adlandırıb. O da qeyd edib ki, Timçenko barəsində hər hansı araşdırmanın aparılmasından xəbərsizdir.

“Gunvor Group”un əsası 2000-ci ildə Rusiya biznesmeni G.Timçenko və isveçrəli Turbernom Tornkvistom tərəfindən qoyulub və hazırda dünyanın ən böyük neft-qaz şirkətlərindən biridir. Şirkət uzun müddət “Urals” markalı Rusiya neftinin əsas satıcısı idi. Şirkət nefti “Surqutneftqaz”, "Rosneft" və “Qazpromneft”dən alırdı.

ABŞ mediasının iddialarına görə, neft treyderinin müvəffəqiyyəti Timçenkonun Rusiya prezidenti Vladimir Putinlə dostluq əlaqələri ilə bağlıdır. 2012-ci ildə “Gunvor” Rusiya neftinin alınmasını kəskin azaltdı. Mətbuatda şirkətlə “Rosneft”in prezidenti İqor Seçin arasında münaqişə yaranması barədə məlumat yayıldı.

Rusiya biznesmeninə qarşı hazırda ABŞ-ın sanksiyaları qüvvədədir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR