Rusiya QRU-nun zabiti: “Biz Qərbə uduzduq” – VİDEO
Bizi izləyin

Dünya

Rusiya QRU-nun zabiti: “Biz Qərbə uduzduq” – VİDEO

Rusiya silahlı qüvvələrinn Baş qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsinin (QRU) zabiti, Ukraynada diversiya əməliyyatlarına rəhbərlik edən İqor Strelkovdan şok bir etiraf gəlib.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, rus zabiti Qərbin Ukrayna ilə birlikdə müvəffəqiyyətlə oynadığını və strateji Donbas hövzəsində Putinə qalib gəldiklərini bildirib.

“Hesab edirəm ki, Qərb və Ukraynada hər şey çox müvəffəqiyyətlə alınır. Onlar strateji hərəkət edirlər və strateji planda uddular. Biz onların təyyarələrini, vertolyotlarını və tanklarını vurmadıq, Milli Qvardiyanı məhv etmədik, deməli, biz strateji olaraq uduzduq. Nəticədə, Kiyev ətrafında deyilik, amma onlar Donetsk ətrafındadır. Bu isə onu bildirir ki, biz strateji olaraq “Novorossiya” əməliyyatını uduzduq",- deyə rusiyalı zabit vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm