Dünya
İran “itən” 400 milyon dollarını axtarır
Təyyarələrin ehtiyat hissələrinin alınması üçün İran hökumətinin ayırdığı 400 milyon dollar yoxa çıxıb.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə İran parlamentinin sənaye və mədən komissiyasının üzvü Hüseynisadr bildirib.
Onun sözlərinə görə, hadisə Mahmud Əhmedinejadın prezidentliyi dövründə baş verib. O, İrana qarşı tətbiq olunan beynəlxalq sanksiyalardan faydalanaraq sui-istifadəyə yol verən şəxslə bağlı istintaqın başlandığını bildirib. Hüseynisadr ona çatan sənədlərdə sui-istifadəyə yol verən şəxsin adının da qeyd olunduğunu deyib.
Qeyd edək ki, Qərbin tətbiq etdiyi sanksiyalar təyyarə sənayesində istifadə edilən bir çox hissənin İrana satışına maneə törədir. Bu isə keçmiş model təyyarələrini yeniləyə bilməyən İranda tez-tez təyyarə qəzalarının baş verməsinə səbəb olur. Statistikaya görə, İranda 1979-cu inqilabından indiyə kimi qəzaya uğrayan 14 sərnişin təyyarəsində 1168 adam həyatını itirib.
Ömər Dağlı
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR