Suriyada kimyəvi silah obyektlərinin ömrünə 8 ay qaldı
Bizi izləyin

Dünya

Suriyada kimyəvi silah obyektlərinin ömrünə 8 ay qaldı

Suriyada kimyəvi silah istehsalı üçün istifadə olunan obyektlər 2015-ci ilin ortasına kimi məhv ediləcək.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə BMT Təhlükəsizlik Şurasının sədri, Avstraliyanın daimi nümayəndəsi Harri Kuinlan bildirib.

O qeyd edib ki, hələ məhv olunmayan yeddi anbar və beş tunel mövcuddur: “Onların məhvi üzərində iş bu ilin noyabrın sonunda başlanmalı və gələn ilin yayında başa çatdırılmalıdır.

Qeyd edək ki, Kimyəvi Silahların Qadağan olunması Təşkilatı oktyabr ayında Suriyanın kimyəvi silah arsenalının 97,8 faizinin məhv edildiyini açıqlayıb. Eyni zamanda, məlum olub ki, Suriyanın kimyəvi silahlarının bir hissəsi İŞİD qruplaşmasının döyüşçüləri tərəfindən oğurlanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm