“G13: Erməni siyasətinin 13 siması” - Onlar prezident ola bilər
Bizi izləyin

Dünya

“G13: Erməni siyasətinin 13 siması” - Onlar prezident ola bilər

Payızda Ermənistanın siyasi həyatı yenidən fəallaşdı: müxalifət hakimiyyət tərəfindən başlanılan Konstitusiya islahatlarına qarşı çoxminli etiraz aksiyaları təşkil etdi. Qarşıdan 2017-ci il parlament və 2018-ci il prezident seçkiləri gəlir. Hakimiyyət isə müxalifətlə mübarizə üçün mövqeyini möhkəmləndirməyə çalışır.

Publika.az-ın xəbər verir ki, “PolitRUS” analitik xəbər saytının ekspertləri Ermənistan siyasətçilərinin reytinqi ilə bağlı məqalə dərc edib. “G13: Erməni siyasətinin 13 siması” adlanan reytinq siyahısında 13 şəxsin adı yer alıb.

1.Serj Sərkisyan. Əksər post-sovet respublikalarında olduğu kimi Ermənistanda da məhz prezidentin postu dövlətin xarici siyasət kursunu müəyyənləşdirilməsində, ölkənin daxilində siyasi və iqtisadi proseslərində aparıcı rolu oynamağa imkan verir. Məhz bu və ya digər maliyyə-iqtisadi qrupların müvəffəqiyyəti prezidentə yaxınlıq dərəcəsi ilə müəyyənləşdirilir. Ermənistanın qüvvədə olan Konstitusiyasına görə, S.Sərkisyan növbəti prezident seçkilərində namizəd olmaq hüquqlarına malik deyil. Ancaq bir çox ekspertlərin fikrincə, başlanılan Konstitusiya islahatı Sərkisyana ölkə üzərində nəzarəti öz əlində saxlamaq imkanı verməyə hesablanıb. Müxalifət hesab edir ki, Sərkisyan “SAAKAŞVİLİNİN planı”nı həyata keçirmək istəyir: Ermənistan prezident respublikasından parlament respublikasına çevrilir və Sarkisyan rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası vasitəsilə ölkəni idarə etməyə davam edir. Axı Sərkisyan təcrübəli şahmatçı (o həmçinin Ermənistanın Şahmat Federasiyasının başçısı) kimi hiyləgər siyasi kombinasiyalarından birinci dəfə deyil istifadə etmir. Onun bu kombinasiyaları son prezident seçkilərində də işə salındı və əsas rəqiblərin seçkilərdən iştirakdan imtina etməsinə nail oldu.

2. Robert Köçəryan. Ermənistanın ikinci prezidenti son zamanlar böyük siyasətə qayıtmaq və yenidən dövlət başçısı postunu tutmaq arzusunu ifadə edir. Öz namizədliyinin irəli sürəcəyi halda Köçəryan qələbəyə ən iddialılardan biri ola bilər. Maliyyə və media resurslar, həmçinin hakimiyyət dairələri və müxalifətlə əlaqələr onun digər rəqiblərindən bir addım qabağa salır. Onun oktyabrın əvvəllərində “Çiçəklənən Ermənistan" Partiyanın liderinə məxsus olan "Kentron" və "Daşnaksutyun” Erməni İnqilabçı Federasiyasının nəzarətindəki “Yerkir media” telekanalının jurnalistləri ilə görüşdə də bunu göstərdi.

3. Qaqik Sarukyan. "Çiçəklənən Ermənistan" Partiyanın lideri və Ermənistanın ən böyük oliqarxlarından biridir. Uzun illər iqtidardakı Ermənistan Respublika Partiyası ilə koalisiyaya daxil olub. Yalnız 2012-ci il parlament seçkilərindən sonra müxalifət düşərgəsində aparıcı güc olub. İrəvanda keçirilən son mitinqlər Sarukyanın siyasi müvəffəqiyyətini və ənənəvi müxalifətin iflasını göstərmiş oldu. Təəccüblüdür, o, “Çiçəklənən Ermənistan”ı müxalifət adlandırmaqdan inadla imtina edir. Onun hakimiyyətlə qılınc oynatması Sarukyanın biznesində praktik olaraq əks olunmur. Erməni cəmiyyətini hazırda yeganə məsələ maraqlandırır: Sarukyan öz şəxsi oyununu oynayır, yoxsa Köçəryanın maraqlarını ifadə edir.

4. Ovik Abramyan. Abramyan baş nazir təyin olunmasından sonra coşqun fəaliyyətə başlayıb. Onun xüsusilə KİV-də işıqlandırılması geniş şəkil alıb. Abramyan erməni KİV-ndə Ermənistan Respublika Partiyasının “oliqarxiya qanadı”na daxildir. Baş nazir iqtidar elitasında öz mövqelərini gücləndirərək sonrakı siyasi proseslərdə əhəmiyyətli rolu oynaya bilər. Onun həm hazırkı prezident Sərkisyan, həm də keçmiş prezident Köçəryanla yaxşı münasibətləri var. Eyni zamanda hökumət başçısı bu güclərdən birini dəstəkləməklə öz oyununu oynaya bilər. Əlavə edək ki, Abramyan “Çiçəklənən Ermənistan” lideri ilə qohum münasibətlərinə (Abramyanın qızı Sarukyanın oğlu ilə evlidir) malikdir.

5. Viqen Sərkisyan. Ermənistan prezident administrasiyasının rəhbəri Sərkisyanın komandasının aparıcı simalarından biridir. Bu postda olması ona əsas siyasi proseslərdə aktiv rol oynamağa imkan verir. Viqen Sərkisyan prezidenti Sərkisyanın ən çox etibar etdiyi şəxslərindən biridir.

6. Seyran Oqanyan. Ermənistanın müdafiə naziri və Qarabağ müharibəsinin “qəhrəmanıdır”. Həm hazırkı prezident Sərkisyan, həm də keçmiş prezident Köçəryanla yaxşı münasibətlərinin olması onu iki prezidentin komandası arasında prezident seçkilərində güzəştli variant çevirə bilər.

7. Mikael Minasyan. Hazırda Vatikanda Ermənistanın səfiri vəzifəsini tutur və prezident Sərkisyanın kürəkənidir. Respublikanın ən zəngin insanlarından biridir və Ermənistanın media sahəsində ən nüfuzlu adamdır. Onun tam və ya qismən nəzarəti altında olan bir sıra telekanallar, həmçinin aparıcı internet portalları və qəzetlər var. Yaxşı Qərb təhsilinə malik olan Minasyanın siyasi perspektivində prezident Sərkisyanla olan yaxın qohumluğu həlledici rol oynaya bilər.

8. Levon Ter-Petrosyan. Ermənistanın birinci prezidentidir və “Erməni Milli Konqresi"nin lideridir. O, öz təsirinin əhəmiyyətli hissəsini itirsə də, radikal müxalifətin müəyyən hissəsinin lideri olmaqda davam edir. Əlavə edən ki, güclü və perspektivli siyasətçilərin əksəriyyəti Ter-Petrosyanın komandasından çıxıb. Təxmin edilir ki, gələcək seçkilərdə “Erməni Milli Konqresi” başqa siyasi güc üçün "silahdar" rolunu oynayacaq. Bu siyasi güc böyük ehtimalla Sarukyanın "Çiçəklənən Ermənistan" Partiyası olacaq.

9. Armen Aşotyan. Ermənistanın elm və təhsil naziri, eyni zamanda Ermənistan Respublika Partiyasının sədr müavini və partiyanın gənc liderlərindən biridir. Partiyada bir çox silahdaşlarından güclü intellekti və natiqlik qabiliyyəti ilə fərqlənir. O, sədr müavini kimi Ermənistan Respublika Partiyasını beynəlxalq səhnədə fəal təqdim edir. Hələ ki Aşotyanın siyasi karyerası yüksələn xətt üzrə gedir. Əgər iqtidar partiyası yaxın illərdə öz lider mövqeyini saxlayarsa, partiyada onun rolu müntəzəm yüksələcək.

10. Raffi Ovannisyan. “İrs" Partiyasının lideridir. Partiya Ermənistanın aparıcı müxalifət partiyalarından biridir. Ovannisyan bəzi şəxsi keyfiyyətlərə görə “İrs”də dəqiq partiya strukturunu yarada və 2013-cü il prezident seçkilərində gözlənilməz bir nəticə qazandı (37 faiz səslə Sərkisyandan sonra ikinci olmuşdu). Ehtimal edilir ki, digər güclü müxalifət liderlərinin iştirak etməməsinin nəticəsi olaraq onun həmin seçkilərdə qazandığı uğur Ovannisyanın siyasi karyerasının ən yüksək pilləsi olacaq.

11. Nikol Paşinyan. O, Ter-Petrosyanın komandasından getmiş radikal müxalifətin ən perspektivli lideridir. “Erməni Milli Konqresi” liderinin ən böyük səhvlərindən biri o oldu ki, parlaq natiq və cazibəli lider olan Paşinyanı irəli çəkməməklə partiyanın gələcəyinə təsir etdi. Əksinə, lider keyfiyyətlərindən tamamilə məhrum olan Levon Zurabyanı qabağa çəkdi. Paşinyan hazırda parlamentdə hakimiyyətin aktiv tənqidi ilə məşğuldur. O, radikal müxalifətin digər liderləri ilə müqayisədə daha böyük şanslara malikdir.

12. Eduard Şarmazanov. Ermənistan parlamentinin vitse-spikeridir və Ermənistan Respublika Partiyasının mətbuat katibidir, Aşotyanla yanaşı hakim partiyanın gənc nəslinin ən görkəmli simalarından biridir. O. Abramyanın spiker vəzifəsindən getməsindən sonra çoxları onun yerini Şarmazanovun tutacağını gözləyirdi. Ancaq hakimiyyət bu posta hakim partiyanın veteranlarından olan Qalust Saakyanı gətirdi. Ancaq düşünmək olar ki, Şarmazanovun spiker və ya başqa bir mötəbər posta gətirilməsi yalnız vaxt məsələsidir.

13. Karen Karapetyan. Rusiyanın "Qazprom” şirkətinin erməni bölməsinin keçmiş rəhbəri və İrəvanın sabiq meridir. Baş nazir təyinatı, hətta prezident kampaniyasında iştirakı üçün yaxşı şanslara malikdir. Əgər Rusiya Ermənistanda yenə də “öz adamı”na pul qoymağa qərar verərsə.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm