Dünya
“Bin Ladeni mən öldürmüşəm” – bir nömrəli terrorçunu məhv edən “dəniz pişiyi” adını açıqladı
“Əl Qaidə” lideri Üsamə bin Ladeni öldürən “dəniz pişiyi”nin kimliyi məlum olub.
Publika.az-ın Böyük Britaniyanın “The Daily Mail” nəşrinə istinadən verdiyi məlumata görə, o, Rob O'Nildir.
O'Nil 16 il ərzində xaricdə, həmçinin İraq və Əfqanıstanda əməliyyatlarda iştirak edib. O, bu illər ərzində 400 döyüş tapşırığını yerinə yetirib. Rob O'Nil Montana ştatının Byutt şəhərində böyüyüb. Onun "Dəniz pişikləri"nə sonu müsbət nəticələnməyən sevgiyə görə qoşulduğu deyilir.
O'Nil hərbi xidmətdən vaxtından əvvəl ayrılması səbəbindən bəzi sosial üstünlüklərdən məhrum edilməsi səbəbindən adını açıqlayıb. Xüsusi təyinatlı qüvvələrin əməkdaşı hərbi qulluqda tələb olunan 20 il əvəzinə 16 il keçirdiyinə görə sosial üstünlüklərdən məhrum edilib.
“The Daily Mail” yazır ki, “dəniz pişiyi” noyabr ayında “Fox News” telekanalına müsahibə verəcək. Qəzetin məlumatına görə, hərbçi Bin Ladenin başını üç dəfə atəş açıb. O versiya da mövcuddur ki, əvvəlcə Rob O'Nil Bin Ladenin başına atəş açıb, daha sonra isə onun iki həmkarı “Əl-Qaidə” liderini sinəsindən vurub.
Rəsmi məlumatda deyilirdi ki, Bin Laden müqavimət göstərdiyi üçün öz evində başına atəş açılmaqla öldürülüb və həlak olduğu yerdən min kilometr uzaqda dənizdə basdırılıb. Onunla birlikdə böyük oğlu və arvadlarından biri həlak olub.
Ömər Dağlı
-
Magazin112:31
Hüseyn Həsənov Rəşad Dağlının oğluna görün nə hədiyyə etdi - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın