• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qadın peşmərgələr İŞİD yaraqlıları ilə məcbur evləndiriləcək

  • Dünya
  • 6 Noyabr 2014 13:30
  • 451 Baxış
Qadın peşmərgələr İŞİD yaraqlıları ilə məcbur evləndiriləcək

İŞİD İraq və Suriyada ələ keçirdiyi qadın peşmərgələri öz yaraqlıları ilə zorla evləndirəcəyini açıqlayıb.

Publika.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, İraqda İŞİD-ə qarşı döyüşən qadın peşmərgələrin komandiri polkovnik Nahidə Rəşid terror təşkilatının onlara bir xəbər göndərdiyini deyib. Nahidə Rəşidin sözlərinə görə, İŞİD-dən onlara göndərilən xəbərdə yaxalanan qadın peşmərgələrin öz yaraqlıları ilə evləndiriləcəyi qeyd edilib.

Nahidə Rəşid bu xəbərdən sonra qadın peşmərgələrə əsir düşsələr, özlərini öldürmək üçün axırıncı güllə saxlamalarını əmr etdiyini deyib. Peşmərgə komandiri Kobanidə İŞİD-ə qarşı döyüşən bəzi qadın YPG-çilərin (PKK terror təşkilatının Suriya qolu) düşmənin əlinə keçdikdə bu üsuldan istifadə etdiyini bildirib.

Qabil

Xəbər lenti

DAHA ÇOX XƏBƏR