Ukrayna ordusu Mariupolda müharibəyə hazırlaşır
Bizi izləyin

Dünya

Ukrayna ordusu Mariupolda müharibəyə hazırlaşır

Ukrayna antiterror gücləri Mariupol şəhərini “T-64” tankları və 122 millimetr kalibrli “D-30” qaubitsalarla gücləndirilib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə TSN telekanalına Ukrayna prezidentinin münaqişənin nizama salınması üzrə səlahiyyətli nümayəndəsi İrina Qeraşenko bildirib.

“Mariupol ordunun gücləndirilməli olduğu əsas nöqtədir. Bufer zonasına yaxın olan şəhərin möhkəmləndirilməsi üçün hər şeyi edirik”, - deyə İ.Qeraşenko bildirib.

Qeyd edək ki, Ukrayna hakimiyyəti separatçıların növbəti hücumunun məhz Mariupol istiqamətindən olacağını təxmin etdi. Bu günlərdə “Donetsk Xalq Respublikası” separatçı qurumun “dövlət başçısı” Aleksandr Zaxarçenko da yaxın vaxtlarda Mariupol şəhərini ələ keçirməyi planlaşdırdığını söyləyib.

Bu, A.Zaxarçenkonun Kiyevə ünvanladığı ilk analoji hədə deyil. Donetsk separatçılarının lideri bundan əvvəl də Slavyansk, Kramatorsk və Mariupolu ələ keçirəcəkləri barədə xəbərdarlıq edib.

Xatırladaq ki, avqustun sonu - sentyabrın əvvəlində Mariupol yaxınlığındakı İlovaysk rayonu Rusiya qoşununun köməyi ilə ələ keçirilib. Mariupol hazırda cəbhə xətti hesab olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm