İngiltərə əsgərlərinin peşmərgələrə təlim keçdiyi düşərgə - FOTO/VİDEO
Bizi izləyin

Dünya

İngiltərə əsgərlərinin peşmərgələrə təlim keçdiyi düşərgə - FOTO/VİDEO

Bir qrup jurnalist İngiltərə əsgərinin peşmərgəyə silah təlimi keçdiyi düşərgədə olub.

Publika.az “Cihan” xəbər agentliyinə istinadən xəbər verir ki, İngiltərə müdafiə naziri Maykl Fallon və İKRR-nin (İraq Kürd Regional Rəhbərliyi) peşmərgə naziri Mustafa Seyid Kadır ilə birlikdə təlim düşərgəsini ziyarət edib. İraqın şimalındakı Ərbil şəhərindən 5 kilometr uzaqlıqdakı “Bneslawe” düşərgəsində təlim keçən ilk peşmərgə qrupunun təlimi bitdikdən sonra İŞİD-lə döyüşə göndəriləcəyi gözlənilir.

İngiltərə ordusu tərəfindən göndərilən 12 nəfərlik mütəxəssis komandası peşmərgələrə İngiltərənin təmin etdiyi ağır silahlardan istifadə qaydalarını öyrədir. İngiltərə istehsalı olan “HMG 12.7 mm” silahından istifadə qaydalarını öyrənən peşmərgə qruplaşması daha sonra toqquşmaların davam etdiyi Rabia, Zummar və Sincar bölgələrinə göndərilir.

Birinci mərhələdə 20 nəfərlik peşmərgə qrupunun ağır silahlardan istifadə etməyi öyrəndiyi bildirilir. Peşmərgənin uğurlu bir şəkildə təlimi bitirdiyini deyən müdafiə naziri Fallon, bundan sonra bu cür təlimlərin davam edəcəyini deyib. Peşmərgənin İŞİD-lə mübarizəsində ağız dolusu danışan Fallon “peşmərgənin savaşı bizim savaşımızdır. Bunun üçün axıra qədər dəstək verəcəyik. İndiyə qədər peşmərgə qüvvələri İŞİD hücumlarını dəf etməkdə çox uğurlu olublar. Bundan sonra da uğurlu olacaqlarına əminəm” söyləyib. Fallon həmçinin peşmərgəyə hədiyyə olaraq yeni gətirdikləri silah və təchizatların sürpriz olduğunu bildirib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm