Baş nazirdən ağır ittiham: “O, ağılsız, fırıldaqçı və satqındır”
Bizi izləyin

Dünya

Baş nazirdən ağır ittiham: “O, ağılsız, fırıldaqçı və satqındır”

Gürcüstan hökumətinin bu gün keçirilən iclasında baş nazir İrakli Qaribaşvili keçmiş müdafiə naziri İrakli Alasaniyanı “ağılsız, fırıldaqçı və satqın” adlandırıb.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, baş nazir Alasaniyanın ölkəyə zərər vurduğunu bildirib.

İ.Qaribaşvili həmçinin Alasaniyanın bir çox insanları aldatmağı bacardığını iddia edib.

Xatırladaq ki, Gürcüstanın baş naziri noyabrın 4-də müdafiə naziri İ.Alasaniyanı istefaya göndərib. Onun ardınca xarici işlər naziri Maya Pancikidze və avrointeqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvili istefa verib. Əlavə edək ki, hər üç sabiq nazir "Bizim Gürcüstanımız – Azad demokratlar” Partiyasını təmsil edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm