Qorbaçov Almaniyada Putini müdafiə edəcək
Bizi izləyin

Dünya

Qorbaçov Almaniyada Putini müdafiə edəcək

SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçov Almaniya səfərində bu ölkənin kansleri Angela Merkel ilə görüşəcək.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Qorbaçov 9 noyabrda Berlin divarının sökülməsinin 25-ci ildönümünü ilə bağlı Berlində keçiriləcək "Yeni siyasət" forumunda iştirak edəcək.

Keçmiş SSRİ lideri bildirib ki, Almaniya kansleri ilə görüşdə Rusiyanın və onun prezidenti Vladimir Putinin mövqeyini müdafiə edəcək. Qorbaçov Putinin Rusiya üçün əhəmiyyətini qeyd edərək bildirib ki, heç kəs ölkənin maraqlarını onun kimi müdafiə etmir.

O həmçinin Rusiyanın ətrafında yaranmış vəziyyətdə ABŞ rolundan danışıb: “Mən Merkellə söhbətimdə bu məsələni də qaldıracağam. Rusiya Ukrayna ilə yeni əlaqələr, əməkdaşlığın yeni strukturunu yaradırdı. Və hər şey yaxşı ola bilərdi, amma bu, ABŞ-ın xoşuna gəlmədi. Onlarda başqa planlar var idi”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm