• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

13 yaşlı cihadçının anası: “Öldürsələr, xoşbəxt olaram” - FOTO

  • Dünya
  • 6 Noyabr 2014 16:50
  • 1 006 Baxış
13 yaşlı cihadçının anası: “Öldürsələr, xoşbəxt olaram” - FOTO

Ailəsi ilə birlikdə Suriyadan Türkiyəyə keçən və hazırda bu ölkədə yaşayan 13 yaşlı uşaq “BBC”yə müsahibəsində cihada necə qoşulması barədə danışıb. O, müsahibəsində ona “Əbu Xəttab” olaraq xitab edilməsini istəyib və keçən il “Şam Əl-İslam” terror təşkilatına qoşulduğunu deyib.

Publika.az “Radikal”a istinadən xəbər verir ki, “BBC”nin müxbiri Mark Lavn Türkiyədə yaşayan 13 yaşlı suriyalı Xəttabın necə cihadçı olduğunu müsahibəsində təqdim edib.

“BBC”nin müxbiri Türkiyədə yaşayan suriyalı ailənin 13 yaşlı övladı ilə müsahibə üçün evlərinə gedib. Müxbirin yazdığına görə, müsahibə vaxtı Əbu Xəttab yaraqlı kimi geyinib və üzünə qara maska taxıb. Əbu Xəttab müsahibəsində bütün günü internetdə cihad videolarını izlədiyini və “facebook”da İŞİD yaraqlıları ilə söhbət etdiyini deyib.

Qarşıdan gələn həftələrdə İŞİD-ə qatılmaq üçün Rakkaya gedəcəyini deyən Əbu Xəttab silahlı şəkildə çəkdirdiyi fotoları müxbirə göstərib.

Düzgün yolu seçdim

Niyə sadəcə uşaqlığını yaşamadığına dair suala “dostlarımla əylənmək istəmirəm. Allah cənnət üçün bizə işləməyi və döyüşməyi əmr edir. Əvvəllər parka, dənizə gedərdim. Amma bunun səhv olduğunu anladım və düzgün yolu seçdim” deyib.

İstəsələr, Türkiyəyə hücum edərəm

“Türkiyədə yaşayırsan. Burada, ya da İngiltərədə bir hücum təşkil edərdinmi” sualına Xəttab “İngiltərəyə hücum etmək vacibdir. Çünki NATO üzvüdür və İŞİD-ə qarşıdır. Amma biz sadəcə bunu haqq edənləri öldürürük. Əgər məndən Türkiyədə hücum təşkil etməyimi istəsələr, bunu edərəm. Qərb bu yaxınlarda məhv olacaq” deyə cavab verib.

Anası dəstəkləyir

Əbu Xəttabın anası müsahibəyə qatılaraq oğlunu dəstəklədiyini deyib. Adının Fatimə olduğunu deyən qadın “əvvəllər onun İŞİD-ə qatılmasını əsla dəstəkləməmişəm. İŞİD-in bəzi fikirləri ilə razıyam, bəzi fikirləri ilə yox. Ancaq onların Suriya xalqına yardım etmək üçün gəldiklərinə inanıram” söyləyib.

Müharibənin uşaqları tez yetkinləşdirdiyini bildirən Fatimə oğlunun gələcəyin lideri olmasını istədiyini deyib: “Avropalıları öldürsə, buna pis olmaram. O biri oğullarım sülh naminə vətəndaş cəmiyyəti ilə işəyirlər. Buna görə utanıram. Onlar da silahlanmalıdırlar”.

“Oğlun İŞİD üçün döyüşəndə ölsə, nə hiss edərsən” sualına isə ana belə cavab verib: “Çox xoşbəxt olaram”.

Qabil

Xəbər lenti

DAHA ÇOX XƏBƏR