İŞİD-dən azad edilən xaraba şəhər – FOTOLAR
Bizi izləyin

Dünya

İŞİD-dən azad edilən xaraba şəhər – FOTOLAR

Peşmərgə və ABŞ qırıcılarının həyata keçirdiyi hücumlardan sonra Mosulun Zummar rayonundan çıxmaq məcburiyyətində qalan İŞİD-dən sonra dəhşətli mənzərə yaranıb.

Publika.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, peşmərgə qüvvələri günlərlə davam edən döyüşlərdən sonra Zummar rayonunu tamamilə nəzarəti altına alıb.

Təxminən üç aydır İŞİD-in işğalında qalan Zummarın xarabalıq olması diqqət cəlb edir. Şəhərin bütün divarlarında döyüşün izlərini görmək mümkündür. Yandırılan binalar, avtomobillər və divardakı güllə izləri döyüşün şiddətindən xəbər verir.

İŞİD yaraqlılarının ev, dükan və iş yerlərinin qapılarını qıraraq qida və dəyərli əşyaları oğurladığı görünür. Terror təşkilatı bir çox yerə mina yerləşdirib. Minalar səbəbindən əhalinin hələlik Zummara qayıtmasına icazə vermir.

Hər küçə, hər döngədə dayanan peşmərgələr video, foto çəkəmək istəyən jurnalistləri minalarla bağlı xəbərdarlıq edir.

İŞİD yaraqlılarının rəsmi binalara da “İslam Dövləti” yazıb.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm