• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Sülhəddin Əkbər: “Milli Şuranın mitinqi ictimai-siyasi fikrə təsir etməyəcək”

  • Dünya
  • 6 Noyabr 2014 18:20
  • 265 Baxış
Sülhəddin Əkbər: “Milli Şuranın mitinqi ictimai-siyasi fikrə təsir etməyəcək”

“Milli Şuranın mitinqin ictimai-siyasi fikrə təsir etməyəcəyi qənaətindəyəm”.


Bunu Publika.az-a açıqlamasında Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər deyib.


Onun sözlərinə görə, mitinq keçirmək hər bir insanın konstitusion hüququdur: “Hər bir təşkilat və şəxs mitinq təşkil edə bilər. Ancaq indiki şəraitdə mitinqlərə elə bir sosial tələb yoxdur. Yəni ictimai passivlik dövründə insanların mitinqə dəstək verəcəyini düşünmürəm. Yalnız ictimai siyasi aktiv kəsimin bir hissəsi bu mitinqlərə qatılır”.


S. Əkbər cəmiyyətin müxalifətə inamının sarsıldığını bildirib.

“Müxalifətin apardığı uzun illik mübarizənin nəticə verməməsi demokratik qüvvələrə inamı sarsıdıb. Bu, reallıqdır. Bunu nəzərə almaq, dəyərləndirmək, buna uyğun addım atmaq lazımdır. Ümumiyyətlə, yeni siyasi şərait yaranmayana qədər vətəndaşların müxalif qüvvələrə kütləvi dəstək verəcəyini düşünmürəm. Azərbaycanda milli azadlıq hərəkatı başlayandan 2010-cu ilə qədər bir dövr tamamlandı. İndi durğunluq dövrüdür, bunun sonunda yeni situasiya yaranacaq. Bunun üçün də bir qədər gözləməli olacağıq”.


Asif Nərimanlı


Xəbər lenti

DAHA ÇOX XƏBƏR