• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

NATO-nun baş katibi Əfqanıstana qəfil səfər edib

  • Dünya
  • 7 Noyabr 2014 06:54
  • 311 Baxış
NATO-nun baş katibi Əfqanıstana qəfil səfər edib

NATO-nun yeni baş katibi Cens Stoltenberq gözlənilmədən Kabilə səfər edib.

Publika.az-ın məlumatına görə, baş katib səfəri çərçivəsində prezident Əşrəf Qani, icra hakimiyyətinin rəhbəri Abdulla Abdulla və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin komandanlığı ilə görüşlər keçirəcək.

Cens Stoltenberq deyib ki, NATO-nun döyüş missiyasının başa çatması Əfqanıstanın gələcəyinin əfqan xalqına təhvil verildiyi yeni bir eraya başlanğıc deməkdir.

NATO və ABŞ qüvvələri dekabr ayının 31-də ölkəni tərk edəcək. Əfqanıstanda qalan 12 min nəfərlik qüvvə o ölkənin 350 min nəfərlik təhlükəsizlik qüvvəsini təlimlərlə təmin edəcək.

Bununla belə baş katib əmin edir ki, hərbi alyans beynəlxalq qüvvələr ölkəni tərk etdikdən sonra da əfqan xalqına dəstəyini davam etdirəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR