SOS: Donbas kriminal elementlərin “ixrac”ına başlayıb
Bizi izləyin

Dünya

SOS: Donbas kriminal elementlərin “ixrac”ına başlayıb

Ukraynada ümumi kriminoloji vəziyyət həyəcanlı vəziyyətdədir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə xəbərdarlığı Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko “112 Ukrayna” telekanalının efirində səsləndirib.

“Putin Ukraynaya hücum edəndən sonra ölkədə silahların sayı əhəmiyyətli dərəcədə artıb və onlardan dinc insanlara qarşı istifadə olunur. Təəssüf ki, ölkədə ümumi kriminoloji vəziyyət həyəcan doğurur. Onların əksəriyyəti isə Donbas hövzəsindən gəliblər. Demək istəyirəm ki, kriminal elementlər döyüşçülərin hakimiyyəti altında yaşamağı xoşlamırlar. Onlar Rusiyaya, ya da Ukraynanın digər regionlarına üz tuturlar”, - deyə nazir məsləhətçisi vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna Daxili İşlər Nazirliyi silah və döyüş sursatlarının yerdəyişməsinə nəzarəti gücləndirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm