Dünya
Türkman Cəbhəsinin lideri: “Qızlarımızı öz əlimizlə öldürürük...” – ÖZƏL
“İŞİD hücum etdiyi bəzi bölgələrdə türkman qızlarını aparmaq istəyirdilər. Atalar qızlarını əsir düşməməsi üçün öz əlləri ilə öldürdü. Təsəvvür edin, biz qızlarımızı İŞİD-ə əsir düşməməsi üçün öz əlimizlə öldürürük. Bu böyük faciədir”.
Bunu Publika.az-a açıqlamasında İraq Türkman
Cəbhəsinin lideri, İraq parlamentinin deputatı Erşat Salihi
türkmanların durumu ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, İŞİD hücumları bu gün də davam edir:
“Tələfarda bəzi bölgələri aldılar. Kərkükdə bir kəndi tutdular,
Mosulun bəzi yerlərini işğal etdilər. Türkman bölgələri daimi
olaraq İŞİD hücumuna məruz qalır. Bizim coğrafiyamız işğala məruz
qalır, milli kimliyimiz təhlükə altındadır. Lakin bu gün bizə silah
verən yoxdur. İraq hökumətindən müqavimət göstərmək üçün silah
istədik, hələ də cavab verilməyib. Hazırda müqavimət göstəririk.
Ancaq öz gücümüz çərçivəsində mübarizə aparırıq. Bu isə azdır”.
E. Salihi kürd peşmərgələrinə Amerikanın silah verdiyini deyib.
“Biz də Amerikadan silah istəmişik. Amerika, yaxud hökumət silah
verməsə, məcbur qalıb başqa qapıları döyəcəyik. Bizim istəyimiz
sadəcə öz torpağımızı müdafiə etməkdir. Bu gün İraqda hökumət
ordusu və peşmərgə yalnız özlərini qoruyur. Yəni hər kəs özü üçün
vuruşur. Özümüzü qorumaq üçün bizim silahımız yoxdur. Başqa
qapıları - bu Türkiyə də, Azərbaycan da, yaxud digər dövlət də ola
bilər - döyəcəyik. Hələlik gözləyirik. Coğrafiyamıza, milli
kimliyimizə təhlükə artır və məcburi olaraq hər kəsə müraciət
edəcəyik”, - deyə İraq Türkman Cəbhəsinin lideri bildirib.
E. Salihi türkman ailələrinin bir-birinə sıx şəkildə birləşdiyini
bildirib: “Türkmanların içində təfriqçi yoxdur. Bir türkman
coğrafiyamız, bir də milli kimliyimiz var. Bunun üçün sona qədər
mübarizə aparacağıq”.
Asif Nərimanlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...