Hərbçi atası: “Sizə cəhənnəmi göstərəcəyəm”
Bizi izləyin

Dünya

Hərbçi atası: “Sizə cəhənnəmi göstərəcəyəm”

Ukraynada həlak olan 19 yaşlı gəncin atası rusiyalı əsgərlərdən qisas alacağını vəd edib.

Rublika.az saytının məlumatına görə, dərdli ata məktubunu “Həlak olan gənclərin ataları sizə cəhənnəmi göstərəcək” sözləri ilə başlayıb.

Aleksandr Karplyuk adlı Ukrayna vətəndaşı öncə onun dərdinə şərik çıxanlara təşəkkür edib: “Dostlarım, bacılarım və qardaşlarım! Bağışlayın ki, sizlərin məktublarınıza cavab vermirdim. Halım yox idi, cavab verə bilmirdim. Gücüm yoxdur. Söz tapmıram… Başım dəhşət ağrıyır və reallığı qəbul edə bilmir… İndi qisasdan başqa heç nə barədə düşünə bilmirəm. Mən həmişə istənilən millətin nümayəndəsi ilə xoş münasibət saxlamışam, ukraynalıların böyük əksəriyyəti kimi xeyirxah insan olmuşam. Həmişə mənim Ukraynamda ölən və nəyin uğrunda öldüyünü bilməyən ruslara yazığım gəlib. Həmişə hesab etmişəm ki, ən yaxşı əməliyyat düşmənin məhv edilməsi deyil, onun təslim olması və sağ qalmasıdır…

İndi isə bir şeyi deyə bilərəm: nə yalvarışlarınız, nə aldadıldığınız və artıq hər şeyi başa düşdüyünüz kimi sayıqlamalarınız, nə təslim olmaq üçün qaldırdığınız ağ əsgi parçası Kremlin itlərini daha xilas etməyəcək! Vaxtilə sizin boğazınızı bıçaqla kəsən, sizi “Nord-Ost”da girov götürən, Moskva çarlığında vağzalları partladan “çexlərdən” (çeçenlər nəzərdə tutulur) qorxurdunuz. İnanın, əbəs yerə! Sözlərimə inanın! İndi isə əsl cəhənnəmi görəcəksiniz. Mən gücüm çatana qədər sizinlə döyüşəcəyəm. Və bu döyüş sizin qaydalarınızla olacaq. Yəni, heç bir qayda olmayacaq.

Siz vaxtilə mənim əllərimdə tutduğum zaman ovcuma güclə yerləşən insanı öldürdünüz… O, ailəmin yeganə övladı idi… Allah sizə lənət eləsin, çaqqallar! Sizlərdən çoxu o dünyaya getməmişdən öncə cəhənnəmi görəcək! Mən sizə söz verirəm. Aleksandr Karplyuk, ata".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm