Zəvvarların qaldığı hoteldə yanğın olub, ölən və yaralananlar var
Bizi izləyin

Dünya

Zəvvarların qaldığı hoteldə yanğın olub, ölən və yaralananlar var

Bu gün Səudiyyə Ərəbistanının Mədinə şəhərində Ümrə ziyarətinə gələnlərin qaldığı hoteldə yanğıb baş verib.

Bu gün Səudiyyə Ərəbistanının Mədinə şəhərində Ümrə ziyarətinə gələnlərin qaldığı hoteldə yanğıb baş verib.

Türkiyənin "Zaman" qəzetinə məlumat verir ki, günorta saatlarından sonra baş vermış yanğın nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

İlkin məlumata görə, yanğın zamanı tüstüdən zəhərlənənlər arasında 15 Türkiyə vətəndaşı da var.

Ölənlərin sayı haqqında dəqiq məlumat verilmir, yaralıların isə xəstəxanalara yerləşdirildiyi deyilir.

Mədinə Mülki Müdafə Qoşunlarının mətbuat katibi Albay Xalid əl-Cahni "İşraq əl-Mədinə" hotelində baş vermiş yanğının söndürülməsi istiqamətində iş aparıldığını, təcili tibbi yardım maşınlarının yaralıları yaxın xəstəxanalara apardığını deyib. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm