• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

SOS: Putin Ukraynaya qarşı açıq təcavüz variantına baxır

  • Dünya
  • 7 Noyabr 2014 15:40
  • 1 020 Baxış
SOS: Putin Ukraynaya qarşı açıq təcavüz variantına baxır

“Rusiya qoşunları hücuma hazırlaşır. Putin Ukraynaya qarşı açıq təcavüz variantına baxır”.

Publika.az-ın verdiyi xəbərə görə, belə bir iddia ilə Ukrayna Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “Facebook” səhifəsində çıxış edib.

Onun sözlərinə görə, son bir neçə gündə Donbas hövzəsində zərbə taktik qruplarının formalaşmasının tamamlanması müşahidə olunur. Hərbi ekspert qeyd edir ki, zərbə taktik qruplar, onların tərkibi, strukturu və keçirdiyi tədbirlərin xarakteri Rusiya qoşunu və separatçıların hazırda praktik olaraq tamamilə hücuma hazır olduğunu deməyə əsas verir.

Qeyd edək ki, Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri 4 gün əvvəl Donbas hövzəsində 15 min Rusiya muzdlusu və 12 min yerli döyüşçüdən ibarət 4 zərbə qruplaşması formalaşdırıldığı barədə xəbər verib. Hərbi ekspertin sözlərinə görə, həmin zərbə qruplaşmaları Luqansk, Qorlovka-Donetsk, Volnovaxsk-Telmanovsk və Novoazovskdır. Zərbə qruplaşmalarının istifadəsində olan hərbi texnika və silah arsenalı da kifayət qədər böyükdür. D.Tımçuk qeyd edir ki, 110-115 tank, 250-280 ədəd BMP, BTR və MT-LB zirehli döyüş maşınları, 80-100 ədəd müxtəlif artilleriya sistemləri, təxminən 500 ədəd hərbi avtomobil nəqliyyatı zərbə qruplaşmalarının istifadəsindədir.

Hərbi ekspert Rusiyanın həmçinin Ukrayna ilə dövlət sərhədinə qoşun birləşmələrini yerləşdirməkdə davam etdiyini qeyd edib. Onun bir neçə gün bundan əvvəl irəli sürdüyü iddia da kifayət qədər qorxucudur. D.Tımçuk bildirib ki, Rusiya Ukrayna ilə sərhəddə 6 ədəd “İsgəndər” tipli operativ-taktiki kompleksi, Donbasda isə “S-300” zenit-raket kompleksləri yerləşdirib . Hərbi ekspert həmçinin bildirib ki, Alçevsk, Staxanov və Pervomaysk rayonlarına Rusiya muzdluları və zirehli texnikasının, o cümlədən mexanikləşdirilmiş “Kabus” briqadasının hərəkəti qeydə alınıb və Krasnodon rayonuna artilleriya sistemlərinin göndərilib.

“Bütün bu baş verənlərlə əlaqədar sual yaranır: Birincisi, Donbas hövzəsində Rusiya qoşunlarının genişmiqyaslı hücumu, ikincisi Rusiyanın açıq müdaxiləsi mümkündürmü? Bu faktdır ki, rusiyalılar Ukrayna sərhədinə operativ-taktik raket kompleksləri yerləşdirirlər. Bu isə onu göstəririr ki, Putin Ukraynaya qarşı açıq təcavüz variantına baxır. Təbii ki, Donetsk hövzəsində “seçklər”də öz iradəsini ifadə etmiş yerli əhalisinin müdafiəsi bəhanəsi ilə. Moskva Donetsk və Luqansk “xalq respublikaları”nı rəsmən tanımasa da "Ukraynanın cənub-şərqinin iradəsinə hörməti"ni ifadə edib. Lakin bu qısa fikir ehtiyac olduğu halda Putin üçün Donbasın yerli əhalisini “müdafiə etməyə" tamamilə imkan verir”, - deyə ukraynalı ekspert vurğulayıb.

D.Tımçuk qeyd edib ki, Ukraynanın şərqinə gələn Rusiya Federasiyası ordusunun bölmələri yerli döyüşçülərin formasını geyinir: “Bu isə o deməkdir ki, yəni gizli müdaxilənin əvvəlki formatı davam etdirilir. Amma heç bir halda Rusiyanın açıq müdaxiləsi istisna etmək olmaz”.

Tımçuk Şimali Atlantika İttifaqının (NATO) Avropadakı silahlı qüvvələrinin komandanı, general Filip Bridlavın və Ukraynanın bəzi strukturlarının dediyi kimi Donbasda yalnız rus “təlimatçıları”nın “işlədiyi” barədə deyilənləri qəbul etmir. Xatırladaq ki, Bridlav Təxminən 300 Rusiya zabitinin Donbas hövzəsində terrorçuların təlimi ilə məşğul olduğunu bildirib.

“Aldığımız informasiyalar, həmçinin Ukrayna ordusuna əsir düşən Rusiya Federasiyasının hərbi qulluqçularının ifadələri praktik olaraq göstərir ki, Donbas hövzəsində yalnız Rusiya muzdluları deyil, həm də Rusiya Federasiyası ordusunun bütün birləşmələri, həmçinin xüsusi təyinatlı bölmələr hərəkət edir: “Ona görə də rəsmi şəxsləri bu cür bəyanatlar verərlən daha ehtiyatlı olmağa çağırırıq. Göstərmək lazım deyildir ki, bizə qarşı yalnız yerli döyüşçülər vuruşur və Rusiya gizli müdaxiləni həyata keçirmir. Bu bəyanatlar həqiqətə uyğun deyil və Rusiyaya yalnız kömək edir".

“İnformasiya müqaviməti” qrupunun koordinatorunun fikrincə, əgər zərbə taktik qrupları yaradılırsa, deməli onlar yaxın vaxtlarda “təyinatı üzrə” istifadə olunacaqlar: “Bundan başqa, düşmən inanmır ki, Ukrayna qoşunları yaxın vaxtlarda hücuma başlayacaq. Biz əminik ki, rəqibin hücum planlarını dağıtmaq yalnız bizim tərəfimizdən güc nümayişi ilə mümkündür. Əgər hansısa siyasi səbəblərə görə Kiyev hücum əməliyyatına hazır deyilsə, o halda heç olmasa müdafiəni gücləndirmək və qarşı tərəfdən açıqlan atəşlərə cavab vermək lazımdır. Nəhayət anlamaq lazımdır ki, “sülh razılaşması” bir tələdir. “Razılaşma” Rusiya qoşunlarına antiterror quvvələrinin passivliyindən istifadə edərək bütün region üzrə yerləşməyə imkan verəcək. Danışıqları hər gün aparmaq olar. Amma bu Ukrayna qoşunlarına hərəkət etməyə, rəqibin hərəkətlərinə simmetrik davranmağa maneə olmamalıdır. Əlbəttə, əgər biz “qardaş xalqların böyük dostluğu” haqqında mahnılar oxumağa və işğalçılarla görüşməyə hazırlaşmırıqsa”, - deyə hərbi ekspert fikrini tamamlayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR