• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Quantanamonun ən "stajlı" məhbusu azadlığa çıxdı

  • Dünya
  • 7 Noyabr 2014 16:20
  • 350 Baxış
Quantanamonun ən "stajlı" məhbusu azadlığa çıxdı

Quantanamonun ən "stajlı" məhbusu hesab olunan Əl Udə 13 illik məhbəs həyatı yaşadıqdan sonra azadlığa buraxılıb.

Axar.az xəbər verir ki, azad olunmağı ilə bağlı açıqlama verən Əl Udənin vəkili müvəkkilinin ölkəsinə qayıtdıqdan sonra çox xoşbəxt olduğunu bildirib.

Bir il hərbi xidmətdə olacaq keçmiş məhbusun azadlığa çıxması üçün Küveyt rəhbərliyi uzun müddətdir ki, ABŞ-la danışıqlar aparıb. Udə Əfqanıstan və Pakistana Quran təhsili vermək və humanitar təşkilatlarda fəaliyyət göstərmək üçün getdiyini bildirmişdi.

Xatırladaq ki, məhkəmə tərəfindən Amerika üçün heç bir təhlükə yaratmayacağına qərar verilən Udə Pakistanda əl-Qaidə üzvü olmaqda günahlandırılaraq həbs olunmuşdu.

Qeyd edək ki, bu ilin may ayında bir amerikan əsgərinə qarşılıq 5 “Taliban” üzvü də Quantanamodan azad olunmuşdu.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR