Ərdoğan: “İsrail barbarlıq və alçaqlıq elədi”
Bizi izləyin

Dünya

Ərdoğan: “İsrail barbarlıq və alçaqlıq elədi”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfər öncəsi İsrail hərbçilərinin Əl-Əqsa məscidinə girməsi ilə bağlı danışıb.

Publika.az xəbər verir ki, Türkiyə prezidenti Əsənboğa hava limanında jurnalistlərin suallarını cavablandırıb. Prezident Əl-Əqsa məscidində baş verənlərlə bağlı sualı bu cür cavablandırıb: “BMT üzvləri ilə görüşəcəyik. 1967-ci ildən indiyə kimi bu cür hadisə baş verməyib. İsrailin barbarcasına və alçaqcasına olan hərəkəti bağışlana bilməz. Əməlli-başlı təhrik edirlər. Bu məsələ bütün dünya müsəlmanlarını maraqlandırır. Beynəlxalq arenada lazım olan tədbirləri görəcəyik. Baş verənlərin qarşısında bizim sakit qalmağımız mümkün deyil. Əksi təqdirdə, fərqli problemlərlə üzləşə bilərik”.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm