Dünya
Rusiyanin cavab sanksiyalarından “yanan” Qərb şirkətləri – SİYAHI
ABŞ və Qərbin bir sıra böyük şirkətləri Ukrayna böhranı ilə əlaqədar Rusiyanın cavab sanksiyalarından əhəmiyyətli dərəcədə zərər çəkib.
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın “The New York Times” qəzeti yazıb.
“Bəziləri, xüsusən də “Exxon Mobil”, “Visa”, “Conde Nast” və “Schlumberger” kimi şirkətlər Rusiya iqtisadiyyatının əsas sahələrinə tətbiq olunan sanksiyaların tələsinə düşüb. “Makdonalds” şirkətinin Rusiyadakı iki yüzə qədər restoranı oktyabrın sonunda yoxlamalara cəlb olundu”, - deyə ABŞ nəşri bildirib.
Rusiyada Amerika Ticarət Palatasının başçısı Aleksis Rodzyanko hesab edir ki, sanksiyalar küləyə qarşı hərəkət etmək kimidir: “İnkişaf variantları məhdudlaşdırılıb və irəliləmə daha yavaş gedir".
Qərbin Rusiyada fəaliyyət göstərən bir çox şirkətləri işçi heyətini bu ölkədən çıxarıb, bəziləri isə işçilərini ödənişli məzuniyyətə göndərməyə məcbur edilib. “Schlumberger” şirkəti də Amerika və Avropadan olan əməkdaşlarını çıxarıb. Amerikanın ən böyük bankları olan “J. P. Morgan”, “Merrill Lynch”, “Morgan Stanley” kimi banklar da eyni addımı atmağa məcbur olub. Bəzi şirkətlər isə məharətlə manevr edərək Rusiya partnyorları ilə razılaşmaları pozmadan Qərbin sanksiyalarına riayət edir.
“Exxon” Rusiya partnyoru ilə potensial problemdən qaça bilib. Rusiyanın dövlət neft şirkəti “Rosneft” məhkəməni udub və bu “Exxon” sanksiyalardan yan keçərək qanuni əsaslarla Şimal buzlu okeanının şelfində axtarış fəaliyyətini davam etdirməyə imkan verib.
Sentyabr ayında Rusiya KİV-ində xarici kapitalı məhdudlaşdıran qanunu qəbul edib. Nəticədə “Conde Nast” və “Hearst” 2016-cı ilə kimi Rusiyadakı jurnallarının səhm paketlərini satmalı olacaq. “Uolt Disney” isə Rusiyadakı “Disney Channel”də öz payını azaltmağa məcbur olacaq.
“The New York Times” qəzeti hesab edir ki, Amerika şirkətləri üçün problemlər daha da böyüyə bilər. Rusiya Dövlət Duması hazırda hökumətə şübhəli xarici aktivləri milliləşdirməyə icazə verəcək qanun layihəsinə baxır. Qanun layihəsi artıq birinci səsvermədən keçib.
Ömər Dağlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...