İran hərbi gəmiləri ABŞ-a yaxınlaşır - YENİLƏNDİ
Bizi izləyin

Dünya

İran hərbi gəmiləri ABŞ-a yaxınlaşır - YENİLƏNDİ

Bu gün İran hərbi dəniz qüvvələrinin rəhbərliyi Birləşmiş Ştatların dəniz sərhədlərinə gəmilər göndərməsi barədə məlumat yayıb.

ABŞ ilə dialoq və “5+1” qrupu ilə nüvə danışıqlarını davam etdirən İran hərbi gəmilərini ilk dəfə ABŞ ərazi suları sərhədinə göndərdiyini açıqlayıb.Publika.Az –ın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə donanma komandirlərindən olan admiral Afşin Rza Haddad bildirib.

“İran donanması ABŞ-ın ərazi sularına yaxınlaşır. Bu bir mesajdır”, - admiral deyib. O, gəmilərin Cənubi Afrika sahillərindən Atlantik okeanına keçdiyini ifadə etdi. “Fars” agentliyi bu addımın ABŞ-ın Körfəzdəki hərbi mövcudluğuna cavab məqsədi daşıdığını qeyd edir. Beşinci donanmasını Bəhreyndə saxlayan ABŞ-ın bölgədə xeyli sayda hərbi bazası var. Pentaqondan bir səlahiyyətli isə CNN-ə İran gəmilərinin yaxınlaşdığına dair məlumatının olmadığını söyləyib.

Bəzi ekspertlər tərəfindən İran donanmasının ABŞ-a hərbi gəmi göndərməsi “mühafizəkarlarla Ruhani arasındakı döyüşün” göstəricisi olaraq şərh olunub. İsrail baş naziri Benyamin Netanyahu isə bildirib ki, İranın ABŞ-a hərbi gəmi göndərməsi sanksiyaların yüngülləşdirilməsinin işə yaramadığını göstərir.

Xatırladaq ki, İran 2011-ci ildə iki dəfə ABŞ ərazi sularına gəmi göndərəcəyini bəyan etmişdi.

Ömər Dağlı

2014-02-09 03:21:34

Bu gün İran hərbi dəniz qüvvələrinin rəhbərliyi Birləşmiş Ştatların dəniz sərhədlərinə gəmilər göndərməsi barədə məlumat yayıb.

İranın şimal dəniz donanmasının komandiri admiral Rezayi Həddad bildirib: "İran hərbi-dəniz donanmasının gəmiləri Cənubi Afrika sahillərindən keçməklə Atlantik okeana yol alıblar. İran hərbi donanması ABŞ-ın dəniz sahillərinə yaxınlaşır və bu manevr bir ismarıcdır".

İranla altı beynəlxalq vasitəçi arasında nüvə proqramı məsələsində razılaşma əldə edilməsinə baxmayaraq ABŞ-la İran arasında münasibətlər gərgin olaraq qalır. 2010-cu ildən İran neytral sularda hərbi mövcudluğunu artırmağa başlayıb.

“Fars” agentliyinin yazdığına görə, İranın bu addımı ABŞ hərbi-dəniz qüvvələrinin Fars körfəzində möcudluğunun güclənməsinə qarşı cavabdır. (ANS)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm