Dünya
Rus tankları Ukraynaya daxil olub
32 tank və 30 yük maşınından ibarət zirehli kolon sərhədi pozaraq Rusiyadan Ukrayna ərazisinə daxil olub.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə nazirliyi məlumat yayıb. Nazirliyin sözçüsü yük maşınlarının hərbi sürsat və döyüşçü qüvvəsi daşıdığını bildirib.
Ukraynanın şərqində sentyabrın 5-dən atəşkəs rejiminin elan olunmasına baxmayaraq, həmin tarixdən ötən dövrdə yüzlərlə adam həlak olub.
Donetsk və Luhansk şəhərləri bu ilin aprel ayında rusiyapərəst separatçılar tərəfindən ələ keçirildikdən sonra başlamış döyüşlər nəticəsində 4,000-dən çox adam ölüb.
ATƏT monitorinq missiyası bölgədə artilleriya atəşi və "qan tökülməsi" hallarının davam olması barədə xəbərdarlıq edib.
Ötən bazar günü separatçılar Donetsk və Luhanskda seçki keçirdikdən sonra irimiqyaslı hərbi əməliyyatların bərpa olunacağı ilə bağlı nigaranlıq artıb.
Prezident Poroşenko separatçıları sülh sazişini pozmaqda ittiham edərək separatçıların onların olan regionlara məhdud muxtariyyət verilməsi barədə qanunu ləğv edə biləcəyini dilə gətirib.
Ukrayna prezidenti separatçıların hücuma başlayacağı halda ölkənin mühüm əhəmiyyətə malik şəhərlərinin müdafiəsini möhkəmləntməyə dair göstərişlər verib.
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı