İranda it saxlayana 74 şallaq vurulacaq
Bizi izləyin

Dünya

İranda it saxlayana 74 şallaq vurulacaq

İranda evində it saxlayan və ya ictimai yerlərdə it gəzdirən şəxsləri şallaq cəzası gözləyir.

Publika.az İranın Şərq qəzetinə istinadən xəbər verir ki, bununla bağlı qanun layihəsi 32 millət vəkili tərəfindən imzalanıb.

Qanun layihəsi parlament tərəfindən qəbul edilərsə, it sahiblərinə ya 74 şallaq vurulacaq, ya da 400 manatdan 4000 manatadək cərimə ediləcək.

Bundan əvvəl isə əxlaq polsi evində it saxalayanlara və ya küçədə gəzdirənlərə xəbərdarlıq edir və ya iti müsadirə edirdi.

Qeyd edək ki, üç il əvvəl İranda buna bənzər qanun layihəsi parlament tərəfindən qəbul edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm