Ukraynada səslərin 100 faizi sayıldı
Bizi izləyin

Dünya

Ukraynada səslərin 100 faizi sayıldı

Ukrayna Mərkəzi Seçki Komissiyası parlament seçkilərində verilən səslərin 100 faizini hesablayıb.

Publika.az-ın məlumatına görə, seçkidə baş nazir Arseniy Yasenyukun “Xalq cəbhəsi” partiyası qalib gəlib. “Xalq cəbhəsi” 22,14 faiz səs yığıb. İkinci yeri 21,81 faiz səslə “Pyotr Poroşenkonun Bloku” tutur.

“Samopiç” Birliyi 10,97 faiz, “Müxalifət Bloku” 9,43 faiz, “Radikal” Partiyası 7,44 faiz, “Batkivşina” 5,68 faiz səs yığıb. Digər partiyalar və bloklar, o cümlədən Maydan hərəkatının liderlərindən olan Oleq Tyaqnibokun “Azadlıq” partiyası parlamentə düşə bilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm