Dünya
Gela Vasadze: “Gürcüstanda növbəti inqilab ola bilər”
“Gürcüstanda baş verənlərdə qismən Kremlin də təşəbbüsü var”.
Publika.az xəbər verir ki, bunu gürcü ekspert Gela
Vasadze ölkəsində baş verən hökumət böhranını şərh edərkən
bildirib.
Onun sözlərinə görə, Ukrayna hadisələrinin Qafqaza, eləcə də
Gürcüstana böyük təsiri olub.
“Baş verən hökumət böhranında rusiyapərəstlər və qərbpərəstlər
üz-üzə dayanıb. Böhranın hansı tərəfin təşəbbüsü olduğunu demək
çətin olsa da, onların hər biri öz maraqlarından çıxış edir.
Hazırda “Gürcü arzusu” zəifləyir. Güman ki, parlamentdə əksəriyyət
onların əlindən çıxacaq və bu, erkən parlament seçkilərinə, eləcə
də digər proseslərə gətirib çıxara bilər. Hökumət bu şəkildə
davranmaqda davam etsə, bu, siyasi gələcəyin itirilməsi deməkdir”,
- deyə ekspert bildirib.
Gürcü ekspert rusiyapərəstlərin qələbəsini istisna edir. Onun
fikrincə, bu mümkün olmayacaq, amma baş verənlər xalqı
qəzəbləndirə, ölkədə növbəti inqilab ola bilər: “Biz bu prosesləri
yaşamışıq. Daxili problemlər başlayır, şişir, nəticədə inqilab baş
verir. Gürcüstana növbəti iğtişaşlar lazım deyil. Buna görə də
hökumət vəziyyəti düzəltməlidir”.
Asif
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR