Prezident Sarayına basqın: 2 mühafizəçi öldürüldü
Bizi izləyin

Dünya

Prezident Sarayına basqın: 2 mühafizəçi öldürüldü

Sudanın paytaxtı Xartumda Prezident Sarayına silahlı hücum olub.

Publika.az xəbər verir ki, hökumətin yaydığı rəsmi açıqlamaya görə, insident Prezidet Sarayının qərb girişində baş verib. Təhlükəsizlik divarını aşan bir nəfər silahlı şəxs mühafizəçilərə atəş açıb. Nəticədə iki mühafizəçi həlak olub. Mühfizəçilərin xəbərdarlığına məhəl qoymadığından silahlı şəxs vurulub.

Açıqlamada silahlı şəxsin davranışlarının normal olmadığı bildirilib.

Hadisədən sonra sarayın ətrafnda mühafizə gücləndirilib, əraziyə bitişik yollarda avtomobillərin hərkəti məhdudlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm