İrandan ŞOK İTTİHAM: ABŞ İŞİD-ə hələ də yardım edir
Bizi izləyin

Dünya

İrandan ŞOK İTTİHAM: ABŞ İŞİD-ə hələ də yardım edir

İran Baş Qərargah rəisinin müavini General Məsud Cəzayiri ABŞ-ı İŞİD-i silahlandırmaqda ittiham edib.

Publika.az xəbər verir ki, İranın rəsmi dövlət agntliyi İRNA-ya açıqlama verən General, Amerikanın İŞİD-ə qarşı mübarizə aparmasının sadəcə görüntü olduğunu deyib.

"Əslində isə ABŞ və digər koalisiya qüvvələri Diyalada İraq Ordusu və yerli sakinlər tərəfindən mühasirəyə alınan İŞİD-ə silah yardımı edirlər. ABŞ bir neçə gün öncə havadan Celavladaki IŞİD terrorçularına silah-sursat, qıda və tıbbi ləvazimatlar atdı", Cezayiri bildirib.

Onun sözlərinə görə, ABŞ ilk gündən indiyə kimi də IŞİD-ə yardım edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm