Bu adamın başına 25 milyon dollar qoyulub - FOTO
Bizi izləyin

Dünya

Bu adamın başına 25 milyon dollar qoyulub - FOTO

İŞİD-in qurucusu sayılan Şeyx Əbu Musab əz Zərkavinin bu günə qədər heç yerdə yayılmayan fotosu üzə çıxıb.

Axar.az xəbər verir ki, bu fotosunda Zərkavinin ölmüş terrorçunu öpməsi əks olunub.

“Alplatformmedia.com” saytının ortaya çıxardığı bu fotonun təbliğat xarakterli olduğu bildirilir.

Xatırladaq ki, Üsamə bin Laden ilə birlikdə Əfqanıstanda hərbi düşərgənin lideri olan Zərkavi əslən İordaniyadandır. ABŞ tərəfindən bir çox terror aktlarının təşkilatçısı oduğu deyilən bu şəxs bir müddət Əl-Qaidənin İraq qoluna rəhbərlik edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) məlumatına görə, Zərkavi 2006-cı ildə İraqda öldürülüb. Onu öldürən şəxsin isə Nik Berq adlı ABŞ hərbçisi olduğu deyilir.

Başına ABŞ-ın 25 milyon dollar mükafat qoyduğu Zərkavi Amerikanın İraqa qoşun yeritməsindən sonra “İslam dövləti” yaratmaq fikrinə düşüb. Bundan sonra İraqda 2 ABŞ girovunun başının kəsilməsi və 2005-ci ilin noyabrında Əmmanda 3 oteldə terror aktının reallaşmasının ardından bu şəxs qlobal terrorçu statusunu alıb.

Zərkavi “TIME 100” jurnalının siyahısında 2 dəfə dünyanın ən qorxulu 100 şəxsi arasında göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm