CNN Barak Obamanı “öldürdü” - VİDEO, FOTO
Bizi izləyin

Dünya

CNN Barak Obamanı “öldürdü” - VİDEO, FOTO

CNN kanalı Prezident Barak Obamanı "öldürüb".

Publika.az-ın məlumatına görə, CNN kanalının xəbərlər proqramında Əl-Qaidə Lideri Usamə Bin Ladenin ölümü ilə bağlı noyabrın 7-də efirə gedən xəbərdə titirlərdə hərf səhvi gedib. Osama (İngilis dilində Usamə Osama yazılır) əvəzinə Obama yazılıb.

Kanal səhvini etiraf edib Prezidentdən və tamaşaçılardan üzr istəsə də, bu, sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Siyasi analitiklər hesab edirlər ki, əslində kanal bu səhvi məqsədli şəkildə edib və bununla ara seçkilərində Respublikaçılara uduzan Obamanın siyasi mənada "öldü"yünə işarə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm