• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

ABŞ və Rusiya razılığa gəliblər

  • Dünya
  • 9 Noyabr 2014 03:24
  • 674 Baxış
ABŞ və Rusiya razılığa gəliblər

Moskva ilə Vaşinqton Rusiya-Ukrayna sərhədində baş verənlərlə bağlı məlumat mübadiləsi haqqında razılığa gəliblər.

Publika.az xəbər verir ki, bu barədə Pekində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq təşkilatı sammitində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra ABŞ dövlət katibi Con Kerri bildirib.

Kerri deyib ki, Ukraynada baş verən bəzi faktlarla bağlı fikir ayrılıqlarına baxmayaraq, Vaşinqton və Moskva bu məsələlər barədə məlumat mübadiləsi həyata keçirəcək.

Rusiyaya qarşı sanksiyalar barədə suala cavabında isə dövlət katibi deyib ki, nə baş verəcəyini Moskvanın Ukraynaya dair verdiyi qərarlar müəyyən edəcək. Kerri həmçinin Ukraynanın şərqində sabitliyin bərqərar olması üçün Kiyevlə Rusiya tərəfdarı üsyançılar arasında əldə olunmuş atəşkəs razılığına əməl edilməsini çox mühüm hesab etdiyi bildirib.

Lavrov isə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi barədə sualları cavablandırmaq istəməyib.

Qeyd edək ki, dünən NATO çoxsaylı zirehli texnikanın yenidən Rusiyanın Ukraynayla sərhəd bölgəsinə gətirildiyi haqqında məlumat yayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR