Türkiyəyə qarşı Qahirə Bəyannaməsi imzalandı
Bizi izləyin

Dünya

Türkiyəyə qarşı Qahirə Bəyannaməsi imzalandı

Üç ölkə Türkiyəyə qarşı birləşmə yolunda daha bir addım atdı.

Axar.az xəbər verir ki, Misirdə hərbi çevriliş nəticəsində hakimiyyətə gələn Abdulfəttah əs-Sisi Qahirədə Kipr və Yunanıstan rəhbərlərini qəbul edib.

Yunanıstan Baş naziri Andonis Samaras və Cənubi Kipr rəhbəri Nikos Anastasiadis ilə bir araya gələn Sisi Aralıq dənizində neft axtarışı istiqamətində hərəkətə keçib. Belə ki, Qahirədəki "İttidadiyə" sarayında liderlər "Qahirə bəyannaməsi" çərçivəsində dəniz sərhədlərinin müəyyən edilməsi istiqamətində danışıqlara yenidən başlamaq qərarı alıblar.

Keçirilən görüşdə Türkiyə Kiprin cənubundakı bölgələrdə apardığı seysmik tədqiqatları dayandırmağa və gələcəkdə eyni hərəkətlər etməkdən çəkinməyə dəvət edilib.

Sisi də öz növbəsində Türkiyə əleyhinə çıxışında Türkiyənin Kipr sahilində fəaliyyətini pisləyib. Türkiyəyə qarşı çirkli ittifaqın keçirildiyi görüşdə Yunanıstan və Misirin Aralıq dənizdə neft axtarışlarına birgə başlamaq istəyi diqqət çəkib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm