• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Çörçilin ABŞ prezidentindən istəyi: “Nüvə zərbəsi ilə Kremli yerlə yeksan etmək lazımdır”

  • Dünya
  • 9 Noyabr 2014 18:32
  • 677 Baxış
Çörçilin ABŞ prezidentindən istəyi: “Nüvə zərbəsi ilə Kremli yerlə yeksan etmək lazımdır”

Federal Təhqiqat Bürosunun (FTB) agentlərindən birinin əvvəllər açıqlanmayan memorandumda yazılıb kı, tanınmış britaniyalı siyasətçi, Böyük Britaniyanın baş naziri Uinston Çörçil ABŞ hökumətini SSRİ-yə preventiv nüvə zərbəsi vurmağa inandırmağa çalışıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məqsəd kommunizmin Qərbə irəliləməsinin qarşısını almaq olub.

FTB agentinin yazdığı həmin sənəddə qeyd edilir ki, Çörçil respublikaçı senator Staylz Bridjada təkidlə ABŞ prezidenti Qarri Trumeni nüvə zərbəsi vurmağa inandırmasını xahiş edib. Britaniyanın o vaxtkı baş naziri düşünürmüş ki, bu yolla Kremli “yer üzündən silib” Sovet İttifaqı kimi problemdən qurtarmaq olar. Britaniyanın “The Daily Mail” qəzerinin yazdığına görə, bu məsələ 1947-ci ildə Çörçilin ABŞ-a səfər zamanı gündəmə gəlib.

Qəzet onu da qeyd edir ki, Böyük Britaniyanın keçmiş baş nazirinin SSRİ-nin fəaliyyəti ilə bağlı narahatlığı elə həddə olub ki, Çörçil hətta sivilizasiyanı təhlükədən xilas etmək üçün minlərlə sovet vətəndaşının məhv olmasını istəyib. Çörçil həm də düşünürmüş ki, bu yolla “soyuq müharibə”yə də son qoymaq mümkün olacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR