Separatçıların mövqeyi artilleriya hücumuna məruz qalıb
Bizi izləyin

Dünya

Separatçıların mövqeyi artilleriya hücumuna məruz qalıb

Ukraynanın Şərqində atəşkəs yenidən pozulub.

Publika.az-ın məlumatına görə, Ukraynanın Donetsk şəhərindəki separatçıların mövqeyi güclü artilleriya hücumuna məruz qalıb. Ölən və yaralananlar barədəd məlumat verilməsə də, beynəlxalq ictimaiyyət bundan narahat olublar.

Avropa müşahidəçiləri şərqi Ukraynada ağır silahlar və tank konvoyunun narahatlıq doğurduğunu bildirib.

ATƏT nümayəndəsi,İsveçin prezidenti və xarici işlər naziri Didier Burxalter zorakılıqların vüsət alacağından narahatlığını ifadə edib. O, tərəfləri atəşkəsin qorunub saxlanmasına, yeni zorakılıqların baş qaldırmaması üçün bütün səyləri səfərbər etməyə çağırıb.

ABŞ dövlət katbi Con Kerrinin bildirdiyinə görə, Birləşmiş Ştatlar və Rusiya Ukraynadakı hadisələr barədə məlumatların mübadiləsi barədə razılığa gəlib.

Pekində APEK toplantısında jurnalistlərə açıqlama verən cənab Kerri deyib ki, Ukraynada baş verən bəzi faktlarla bağlı fikir ayrılıqlarına baxmayaraq, Vaşinqton və Moskva bu məsələlər barədə məlumat mübadiləsi həyata keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm