İsrail polisi 300 fələstinlini həbs edib
Bizi izləyin

Dünya

İsrail polisi 300 fələstinlini həbs edib

İyun ayından bu günədək İrail polisi 300 fələstinlini həbs edib. Onların da 40 faizi uşaqlardı.

Publika.az-ın məlumatına görə, bu barədə Fələstin Əsirlər Cəmiyyətinin vəkili Mufid əl-Hac açıqlama verib. Onun sözlərinə görə, saxlanılan fələstinli gənclər 800-1600 ABŞ dolları girov müqabilində azad edilir.

O qeyd edib ki, təkcə oktyabr ayında saxlanılanların sayı 250-ni keçib. Bundan başqa ev dustağı edilən və evdən kənarlaşdırılma cəzasına məhkum edilən yetkinlik yaşına çatmayanların da sayında artım müşahidə olunub.

Qeyd edək ki, son günlər Məscid-i-Aksa hadisəsi ilə əlaqədar İsrail polisi ilə fələstinli gənclər arasında tez-tez toqquşmalar baş verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm