Atatürk - Çağdaş Türkiyənin qurucusunun ölümündən 76 il ötdü...
Bizi izləyin

Dünya

Atatürk - Çağdaş Türkiyənin qurucusunun ölümündən 76 il ötdü...

Müharibə nəticəsində Türkiyəyə məxsus böyük bir ərazi İngiltərə, Fransa, İtaliya və Yunanıstan arasında bölüşdürüldü. İradəsiz sultan Osmanlının qaliblərinin qarşısında hər təslimiyyata hazır idi . Türkiyənin bir dövlət kimi varlığına son qoyulurdu. Antanta qoşunları artıq Bosfor və Dardanel boğazlarına nəzarəti həyata keçirirdi.

Məhz Atatürk xalqını yunan işğalı və Antantanın imperialist aqressiyasına qarşı səfərbər edərək, I Dünya müharibəsi nəticəsində məhv edilmiş Osmanlı imperiyasının qalıqlarından bir dövlət qurmağı bacardı. Həmvətənlərinə milli qürur hissini, özünəinamı qaytardı və yeni dövlətin əsaslarını qoydu.

Bir anlığa onun keçdiyi həyat yoluna nəzər salsaq başa düşərik xalqın liderliyinə və ya o bu mərtəbəyə təsadüfən gəlib çıxmamışdı.

Gələcək marşal Gelibolu yarımadasının ingilis-fransız desantından müdafiəsi zamanı (1915- il fevral- 1916-cı il yanvar ) şöhrət qazanmışdı. Antantadakı müttəfiqlərin Gelibolu əməliyyatı tamamilə uğursuzluğa düçar olmuşdu.

Türklər Dardanel boğazının müdafiəsi üçün alman generalı Liman fon Sandersin ümumi komandanlığı altında 20 diviziyadan ibarət güclü qoşun qruplaşması yaratmışdılar. Türklərin desant əleyhinə müdafiəsi möhkəmləndirilmiş sahil məntəqələri və batareyaları sisteminə söykənirdi. Gelibolu yarımadasında olan piyada diviziyalarından birinə polkovnik Mustafa Kamal komandanlıq edirdi. Öz gəmilərdən açılan güclü artileriyya atəşlərini mühafizəsi altında sahilə çıxan desant rəqibin amansız müqaviməti ilə üzləşdi və çətin şəraitdə belə müdafiə olunanlar düşmənin üzərinə dəfələrlə hücumlar da təşkil edirdilər. Bütün cəhdlərə və dənizdən onlara dəstək verən artileriyya atəşlərinə baxmayaraq, desant qoşunları Gelibolu yarımadasında irəliləməyə müvəffəq ola bilmədilər. Döyüşün elə ilk günlərində müttəfiqlər 18 min nəfər itki verməklə, cəmi 1-1,5 km. Irəliləyə bilmişdilər.

Qabatəpə burnu yaxınlığında sahilə çıxan avstraliyalılar Cunukbayir yüksəklilərinə qalxmağa başlayanda, polkovnik Mustafa Kamal onları qabaqlamağa qərar verdi. O, şəxsən özü batalyonunu piyada əlbəyaxa döyüşə apararaq, bütün diviziyanı da ardınca çəkməyə müvəffəq oldu. Döyüşdə 5 min nəfər itki verən avstraliyalılar hündürlükdən geriyə, sahil kənarına oturduldular və elə orada da möhkəmləndilər.

Polkovnik Mustafa Kamalın komandanlığı altında olan türk qoşunları əsas möhkəmləndirilmiş mövqelərini müdafiə edə bildilər, baxmayaraq ki, dənizdən ingilis-fransız eskadrası onları daim atəş altında saxlayırdılar. Gelibolu döyüşləri zamanı alman generalı Liman fon Sanders müdafiədə aktiv idi. Mustafa Kamal onun birinci köməkçisi kimi özünü ağıllı və cəsur hərbi komandir kimi göstərə bildi.

Aramsız döyüşlərdə və xəstəliklərdən 25 min nəfərə qədər itki verən (türk qoşunlarının itkisi də təxminən bu qədər olub) müttəfiqlər öz qoşunlarını (145 min nəfər, 400 artileriyya qurğusu) Gelibolu yarımadasından evakuasiya etməyə məcbur oldular.

Müttəfiqlər öz qoşunlarını Geliboludan evakuasiya edə-rək, təcili şəkildə Saloniki cəbhəsinə keçirdilər. Bir sözlə, Antantaya boğazları ələ keçirmək nəsib olmadı.

1916-cı il yanvarında İstanbul sakinləri Gelibolu mü-dafiəsinin qəhrəmanını qızğın alqışlarla qarşıladılar. Göstərdiyi igidliklərə görə Mustafa Kamal çoxdan layiq olduğu general-mayor rütbəsini və paşa titulunu aldı və xidmət sahəsində sürətlə irəliləməyə başladı.

1916-cı ildən o, xeyli vaxt ərzində Zaqafqaziyadakı 16-cı ordu korpusuna, sonra Qafqaz cəbhəsində 2-ci orduya və Fələstin-Suriya cəbhəsində 7-ci orduya rəhbərlik etdi.

7-ci ordu Suriya-Fələstin cəbhəsinə Qalitsiya və Makedoniyadan gəlmişdi, alman generalı Erix fon Falkenqaynın komandanlıq etdiyi “İldırım” ordusunun tərkibinə daxil idi. 1917-ci ildə Müharibənin necə aparılmasına baxışlar məsələsində Mustafa Kamal paşa ilə onun arasında ciddi münaqişə baş verdi, bu səbəbdən paşa vəzifəsindən çıxarıldı və Almaniyadakı türk hərbi missiyasının tərkibinə göndərildi.

1918-ci ildən isə vəzifəsindən alınmış general ingilislərin təzyiqi altında Suriyanın şimalına geri çəkilən 7-ci orduya komandanlıq etməyə başladı. O, hərbi əməliyyatların gedişatını dəyişməyə çəhd edirdi. Oktyabrın sonlarında isə faktiki olmayan bir ordunun, fon Falkenqaynın komandanı olduğu “İldırım”a rəhbər təyin edildi. Elə həmin ayda türk sultanı-xəlifə Vahidəddinin yavəri təyin olundu.

I Dünya müharibəsi başa çatdıqdan sonra Mustafa Kamal paşa Şərqi Anadoluda mənzilləşən, ştabı isə ingilislər tərəfindən işğal olunmuş Samsunda yerləşən 3-cü orduya müfəttiş vəzifəsinə təyinat aldı. Mustafa Kamal müharibədə qələbə çalmış tərəfin hərəkətlərinə müqavimət göstərmək istəsə də, bir şey alınmadı.

Mustafa Kamal paşa 1918-23-cü illərdə Türkiyədə gedən milli-azadlıq inqilabının rəhbəri idi . Sultan Vİ Mehmət Tələt paşa hökümətini Əhməd-İzzət-paşanın partiyasız kabineti ilə əvəz etdikdən sonra türk ordusuna rəhbərlik sultanın yavərinə keçdi. Paşa ordu dairələrində mübaliğəsiz yüksək avtoritetə malik idi və o, müharibədə məğlub olan vətəninin əsl müstəqil-liyə qovuşmasına çalışırdı. Həmin zamanlarda isə inqilab vüsət almğa başlamışdı. Kamalçıların ilk dövrdə fəaliyyəti cəmiy-yətdə qruplaşanları “hüquqların qorunması” sahəsində milli qüvvələrin təşkilatlanmasına yönəlmişdi. 1919-cu ildə cəmiy-yətlərin Sivas konqresində yaradılan nümayəndəlik Komitəsi, əslində Türkiyənin ilk müvəqqəti höküməti hesab oluna bilər. Kamalçıların tələbi ilə 1920-ci ilin yanvarında İstanbulda çağırılan konfrans Türkiyənin müstəqilliyi barədə deklarisya qəbul etdi. Antanta güclərinin qoşunları buna cavab olaraq İstanbulu işğal etdi. Parlament qovuldu, bir çox ictimai və siyasi xadimlər isə həbs edildi. Böyük Britaniya başda olmaqla imperialist qüvvələr Türkiyədə başlanan milli-azadlıq hərəkatını tez bir zamanda yatıra biləcəklərini düşünürdülər. 1920-ci ildə Türkiyəni parçalamağa və dağıtmağa yönələn Sevr müqaviləsini sultan hökümətinə sırıyan imperialist dairələr, bu müqaviləni zorla həyata keçirmək üçün açıq işğala girişdilər və onun aparılmasını Sevr müqaviləsinə görə Türkiyənin əraziləri hesabına böyük pay əldə etməli olan Yunanıstana (1919-22-ci illər yunan-türk müharibəsi) həvalə etdilər. Antanta güclərinin hərəkətləri kamalçıları işğalçılarla qəti mübarizəyə qalxmağa vadar etdi. 1919-cu ildən Sivasda məskunlaşan hərəkat 1920-ci ildə Ankaraya köçürüldü.

1920-ci il aprelin 23-də Mustafa Kamal paşanın sədrliyi ilə Türkiyə Böyük Millət Məclisi (yeni parlament) Özünü dövlətin ali hakimiyyəti elan etdi. 1921-ci ilin sentyabrında məcburiyyət qarşısında qalan sultan keçmiş yavərinə Ali baş komandan rütbəsi və vəzifəsini verdi.

Bu böyük vəzifəsində də Mustafa Kamal paşa yenidən hərb sahəsində fərqləndi, bu dəfə 1920-22-ci illər yunan-türk müharibəsində.

İzmirə çıxan yunan qoşunları ölkənin mərkəzi vilayət-lərinə soxularaq, Trakiyada Adrianopolu (müasir Ədirnə), Anadoluda, İzmirdən 200 km. uzaqdakı Uşak şəhərini və Mərmərə dənizindən canubdakı Bandırma və Bursa şəhərlərini ələ keçirdilər. Yunanıstana bu müharibədə də Londondan hərtərəfli yardım alırdı.

Anadolunun cənubi-qərbinə isə italyan ekspedisiya qoşunları çıxarıldı. Lakin Mustafa Kamal paşa tərəfindən təşkil edilən danışıqlar nəticəsində italyanları Anadolunu tərk etməyə razı salmaq mümkün oldu. Kilikiyadan isə Fransa öz qoşun-larını geri çəkdi.

Ali Baş komandan türk ordusunun hərbi gücünün yüksəldilməsi məqsədilə bir sıra tədbirlərə əl atdı və bu ordu onun rəhbərliyi altında Yunanıstan qoşunlarına qarşı bir sıra uğurlu əməliyyatlar həyata keçirdi. Yunan qoşunları tərəfindən işğal edilmiş Anadolu ərazilərində də eyni vaxtda partizan hərəkatı başlandı.

Yunan-türk müharibəsində ilk iri döyüş 1921-ci ilin yanvarında İnönü yaxınlığında baş verdi. General Papulasın komandanlığı altında Əskişəhərə hücum edən yunan qoşunu İsmət-paşanın rəhbərlik etdiyi türk qoşunu tərəfindən geri oturduldu. Yunanlar İnönünü tərk etməyə məcbur oldular. Lakin sonradan əlavə kömək alan Papulas yeni hücuma keçdi. Həmin ilin mart ayında İnönü yaxınlığında ikinci döyüş baş verdi, lakin inadla müdafiə olunan türklər bu dəfə də onların hücumunun qarşısını almağa müvəffəq oldular.

Tezliklə Yunanıstan kralı İ Konstantin komandanlığı öz üzərinə götürərək, Əskişəhrdən Afyon-Qarahisar tərəfdə yer-ləşən türk hərbi məntəqələrinə hücuma keçdi. Mustafa Kamal-paşa qoşunlara geri çəkilərək Sakarya çayı tərəfdə yeni mövqelərdə möhkəmlənmək barədə əmr verdi. Bu döyüşlərdə türk tərəfi 11 min, yunanlar isə 8 min nəfər itki verdi.

1921-ci il avqust-sentyabr aylarında Sakarya çayı yaxınlığında gedən çoxgünlük döyüşlərdə Mustafa Kamal-paşanın şəxsən rəhbərlik etdiyi türk ordusu şücaətlər göstərdiyinə görə ona ən ali hərbi rütbə - marşal – və fəxri “qazi” titulu verildi.

Cəmiyyətin bütün təbəqələrini birləşdirməyə nail olan Mustafa Kamal sayəsində türk xalqı imperialist işğalçılarla mübarizədə müvəffəqiyyətlər əldə etdi. Milli-azadlıq müharibəsində türk xalqı qəhrəmanlıq və birlik nümayiş etdirdi. 1921-ci ildə yunan qoşununun hücumunun qarşısını almağa müvəffəq olan türk ordusu 1922-ci ildə əks-hücuma keçərək, işğalçıları tam məğlubiyyyətə uğratdı. Bütün Anadolu işğalçılardan təmizləndi. 1923-cü il oktyabrın 6-da milli ordu İstanbula daxil oldu. 1923-cü ildə bağlanmış, Sevr müqaviləsini ləğv edildi və yeni Lozanna sülh sazişi imzalanaraq Türkiyənin müstəqilliyi beynəlxalq səviyyədə tanınındı.

Hərbi əməliyyatlar başa çatdıqdan sonra TBMM 1923-cü il oktyabrın 29-da sultanlıq üsuli-idarəsini ləğv edib, Türkiyəni respublika elan etdi. Daha sonra TBMM və Atatürk tərəfindən əsası qoyulan Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbərliyi altında islahatlar həyata keçirildi və Osmanlı feodal-klerikal imperiyasının xarabalıqları üzərində yeni milli dövlət formalaşdı.

1924-cü ildə xilafət ləğv olundu.

1923-34-cü illərdə dövlət quruluşunun əsasları, hüquqi əlaqələr, mədəniyyət və məişət sahəsində islahatlar aparıldı: respublika konstitusiyası qəbul edildi; müsəlman ruhani mək-təbləri (mədrəsələr) və şəriət əsasında fəaliyyət göstərən dini məhkəmə qərarları ləğv edildi; dərviş ordenləri və məktəbləri (təkkə) bağlandı; avropa təqvimi və il hesablanması tətbiq edildi; avropa nümunəli vətəndaş kodeksi qəbul olundu, müsəlman hüquq və normaları ləğv edildi o cümlədən çoxarvadlılıq, həmçinin cinayət və ticarətlə bağlı yeni kodekslər qəbul edildi; dinin dövlətdən ayrı olduğu elan edildi; ərəb əlifbasından latın qrafikalı əlifbaya keçildi; bələdiyyə, sonra isə parlament seçkilərində qadınlara iştirak etmək hüququ verildi və s;

Atatürk türk iqtisadiyyatını xarici kapitaldan asılılığını aradan qaldırmağa yönələn bir sıra mütərəqqi tədbirlər həyata keçirdi. Bəziləri ləğv olunmaqla yerdə qalan xarici konses-siyaların hamısı satın alındı, milli banklar yaradıldı, bir sıra yeni dəmiryolları, limanlar, sənaye müəssisələri və s. tikildi.

Atatürkün islahatları feodal-klerikal elementlərin amansız müqaviməti şəraitində hətyata keçirilirdi. 1926-27-ci illərdə baş verən açıq antihökümət çıxışları yatırıldı.

1928-ci ildə Türkiyədə gender bərabərliyi tanındı və qadınlar seçki hüquqları əldə etdilər. Bu anoloji hüquqları Avropanın bir çox ölkərində qadınlar Türkiyədəkindən gec əldə ediblər. Türk qadınları seçki hüququnu 1926-cı ildə əldə ediblər. Britaniya imperiyasında isə qadınların seçki hüququ 1928-ci ildə kişilərin hüquqlarına bərabərlik qazanıb və onlar 21 yaşından səs vermək hüququ əldə ediblər. Almaniyada bərabərlik hüququ 1918-ci ildə qəbul olunsa da, hakimiyyətə gələn nasional-sosialistlər onu 1933-cü ildə ləğv ediblər, bu hüquq yalnız 1948-ci ildə bərpa edilib. Yunanıstanda isə qadınlara 1952-cil mayın 28-də bu hüquq verilib və onlar yalnız 1956-cı il 19 fevral parlament seçkilərində iştirak edə biliblər, buna qədər yalnız yaşı 30-dan yuxarı və savadlı olanlar seçkidə iştirak edə bilərdilər. İspaniyada qadınların seçmək hüququ rəsmi olaraq 1931-ci ildə müxalifətin dövründə qəbul edilib, parlamentdə olan iki qadın Marqarita Helken və Viktoriya Kent deyirdilər ki, ispan qadınları səs vermək üçün çox sadəlövh və cahildilər, bu isə ikinci respublikanın mövcudluğunu təhlükə altına qoya bilər. Fransız qadınlar yalnız 1944-cü il 21 aprel tarixində keçirilən seçkilərdə Fransanın Müvəqqəti höküməti tərəfindən bərabər şəkildə iştirak etmək hüququ əldə etdilər. Qadınların kişilərlə bərabər hüquqda iştirak etdiyi ilk seçkilər 1945-ci ilin 29 aperlində keçirilmiş bələdiyyə seçkiləri oldu, daha sonra onalar oktyabr ayında keçirilən parlament seçkilərində də iştirak etdilər. Fransa Əlcəzairində isə yerli müsəlman qadınlara seçki hüququ 1958-ci il 3 iyul dekreti ilə verildi. İsveçrədə qadınların seçki hüququ ilə bağlı referendum 1959-cu il fevralın 1-də keçirilib. Lakin həmin referendumda böyük əksəriyyət bunun əleyhinə çıxıb. İsveçrə 1971-ci ilə kimi qadınların seçki hüququ tanınmayan yeganə qərb respublikası olaraq qalırdı.

Mustafa Kamal cəmiyyətdə qadınların azadlığına hərtərəfli dəstək verirdi. Qadınlara hələ 1-ci dünya müharibəsi dövründə kommersiya fakultələrində oxumağa icazə verilmişdi, 20-ci illərdə isə artıq onlar İstanbul universitetinin humanitar fakultəsində təhsil alırdılar. Onlara Bosfor boğazını keçən gəmi-bərələrin göyərtəsində görünməyə icazə verildi, halbuki bundan əvvəl qadınlar kayutdan çıxa bilməzdilər. Tramvay və qatarlarda kişilərlə eyni vaqonlarda getmələrinə olan yasaq da aradan götürülmüşdü.

Prezident “sivilizasiyalı xalqın anaları və bacılarınndan” özlərini bu xalqa layiq aparmalarını tələb edirdi. Qadınlar səs vermək və bələdiyyə və parlamentə seçilmək hüququ əldə etdilər.

Atatürk müəyyən hallarda ər-arvadın böşanmasına da icazə verdi. Ümumiyyətlə, qadınlar xeyli “hüquq və azadlıqlar” əldə etdilər.

20-ci illərdə Kamal höküməti şəxsi təşəbbüslərin dəstəklənməsi üçün də az işlər görmədi.

Türkiyəni də sarsıdan dünya iqtisadi böhranı başlandı. Mustafa Kamal iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi siyasətinə müraciət etdi. Bu təcrübə dövlətçilik (etatizm) adını almışdı. Hökümət sənaye və nəqliyyat sektorunda dövlət mülkiyyətini genişləndirməklə yanaşı, daxili bazarı da xarici innvestorların üzünə açırdı. Bu siyasəti müxtəlif variantlarda sonralar bir çox Asiya, Afrika və Latın Amerikası ölkələri təkrar etmişdilər.

30-cu illərdə Türkiyə sənayenin inkişaf tempinə görə dünyada üçüncü yeri tuturdu.

Mustafa Kamalın islahatlarına qarşı çıxan düşmənləri də çox idi, əldə olunmuş bu nailiyyətlərdən geri çəkilməyə aşkar-da və ya gizlində elə indi də cəhd edənlər az deyil.

Lakin tarıx sübut etdi ki, Atatürk güclü lider olaraq dövlətinin və millətinin taleyində əsas rol oynadı və bu fəaliyyət onun türk psixoloji təfəkkürünün məhsulu kimi özünü büruzə verirdi. Təsadüfü deyil ki, Atatürk güclü lider olaraq , ona olan təzyiqlərə baxmayaraq mövqeyini qoruyub saxladı və ətrafında baş verən hadisələrə intuisiyasına söykənərək dəqiq qiymət verdi. Güclü liderin əsas xüsusiyyətləri mühüm məsələlərin operativ həlli zamanı üzə çıxır, belə ki, o, əksər hallarda nələrisə etməkdə gözləyici mövqe tutan ətrafından fərqli olaraq bir addım irəlini daha aydın görür. Bundan sonra yaxın ətrafındakılar özlərinin uzaqgörən olmadıqlarını başa düşür və bir çox hallarda onlarda liderə olan inamsızlığın yerini qibtə hissi əvəz edir.

1938-ci il noyabrın 10-da sərt və parlaq əskər, görkəmli dövlət xadimi Mustafa Kamalın ürəyi 57 yaşında dayandı. Onun vaxtsız ölümü Türkiyə üçün böyük itki idi..

Adıgözəl Məmmədov - Avrasiya iqtisadi əməkdaşlıq inustitunun eksperti , Psixoloji portretolgiya siyasi analizlər mərkəzinin rəhbəri

Mustafa Kamal Atatürk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm